DAĞINIQ SKLEROZ ZAMANI BAŞ BEYNİNİN ATROFİYASI İLƏ KLİNİK SİMPTOMLAR ARASINDA ƏLAQƏLƏR
DOI
https://doi.org/10.34921/amj.2020.2.007Açar sözlər
dağınıq skleroz, baş beyninin atrofiyası, klinik simptomlarXülasə
Məqalədə dağınıq skleroz (DS) zamanı baş beyninin atrofiyası ilə klinik simptomlar arasında korrelyasion əlaqələri öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Müşahidə altında yaşı 18-dən 60-a qədər olan 88 DS-li xəstə (58 qadın, 30 kişi) olmuşdur, onlardan 56 nəfərdə residiv-remittent DS (RRDS), 32 nəfərdə ikincili proqressiv gedişli DS (İPDS) müəyyən edilmişdir. Bütün müayinə olunanlarda baş beyninin maqnit-rezonans tomoqrafiyası (Voksel morfometriyası ilə) aparılmışdır. Müəyyən edilmişdir ki, DS-li xəstələrdə ağ maddənin qabarıq dəyişikliklərinə baxmayaraq, əlillik dərəcəsi ocaqlı zədələnmənin həcmindən deyil, baş beyninin atrofiyasından asılıdır. RRDS və İPDS zamanı baş beynində boz və ağ maddənin atrofiyasının morfometrik göstəriciləri ilə əlillik dərəcəsi və koqnitiv pozulmalar arasında dürüst əlaqə mövcuddur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


