EKZEMALI XƏSTƏLƏRDƏ KOMPAKT-MÜHAFİZƏÇİ SİSTEMLƏRİN KOMPENSATOR REAKSİYALARININ TƏSNİFATI VƏ KLİNİK FENOMENOLOGİYASI
DOI
https://doi.org/10.34921/amj.2020.2.006Açar sözlər
ekzema, immun sistem, antioksidant mühafizə sistemiXülasə
Məqalədə ekzemalı xəstələrdə oksidləşdirici homeostazın və immun mühafizənin tezliyinin və kompensator xarakterinin öyrənilməsinə dair tədqiqat haqqında məlumat verilmişdir. İmmun sistemin vəziyyəti 32 xəstədə və kontrol qrupuna daxil edilmiş 15 nəfərdə T- və B-limfositlərin göstəricilərinə əsasən, oksidləşdirici homeostazın vəziyyəti isə lipidlərin peroksidləşmə yolu ilə oksidləşməsinin göstəricilərinə əsasən qiymətləndirilmişdir. Alınmış nəticələr variasion statistika üsulu ilə statistik işlənilmiş, göstəricilər arasındakı fərqlərin statistik etibarlığı Styudentin t meyarı əsasında hesablanmışdır. Tədqiqat göstərmişdir ki, ekzema xəstəliyi zamanı immun sistemin və oksidləşdirici homeostazın dəyişmələri ən azı 6 tip kompensator reaksiya ilə xarakterizə edilir və onlar 9 variantda klinik fenomen törədirlər. Ən çox rast gəlinən klinik variant immun- və antioksidant funksional sistemlərinin dekompensasiyasıdır; ikinci yeri immunorequlyator balansın pozulması ilə antioksidant sistemin funksiyasının dekompensasiyası tutur (xəstələrin 17,4±4,0%-də). Sırada üçüncü yerdə isə immun sistemin və antioksidant funksional sistemin kompensasiyası ilə keçən klinik fenomen (15,2±3,7) durur. Xəstələrdə antioksidant sistemin funksiyasının dekompensasiyası (58,0±4,9%) immunorequlyator dekompensasiyaya (43,5±5,2%) (p<0,05) daha çox müşahidə edilmişdir. Eyni zamanda xəstələrin bir hissəsində (23,9±4,4%-də) immun və antioksidant sistemlərin funksional dekompensasiyasına rast gəlinmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


