GƏNCLƏRDƏ FƏQƏRƏARASI DİSK YIRTIĞININ DİAQNOSTİKASINDA ULTRASONOQRAFİYANIN ROLU
DOI
https://doi.org/10.34921/amj.2020.2.001Açar sözlər
ultrasonoqrafiya, boyun və bel osteoxondrozu, fəqərəarası disklərin yırtığıXülasə
Məqalədə boyun və bel fəqərəarası disklərinin (FAD) yırtığının diaqnostikasında ultrasonoqrafiyanın rolu haqqında məlumat verilir. Bu məqsədlə 18-27 yaş arasında 538 xəstədə boyun (262 nəfər) və bel (276 nəfər) osteoxondrozunun klinik, nevroloji əlamətləri və ultrasonoqrafik müayinəsinin nəticələri təhlil edilmişdir. MRT müayinəsində 27 (10,3%) xəstədə boyun FAD yırtığı və 31 (11,2%) xəstədə bel yırtığı aşkar edildi. Boyun nahiyəsində yırtıqlar daha çox C5-C6 (11 nəfərdə – 40,7%) və C4-C5 (9 nəfərdə – 33,3%), bel nahiyəsində – L4-L5 (15 nəfərdə – 48,4%) və L5-S1 (12 nəfər, 38,7%) səviyyəsində müşahidə edilmişdir. 15 (55,6%) xəstədə boyun disk yırtığı paramedian, 7 xəstədə (25,9%) arxa-yan, 5 xəstədə (18,5%) orta mövqedə olmuşdur. Bel nahiyəsində paramedial yırtıqlar 18 (58,1%) nəfərdə, arxa-yan mövqedə 4 (12,9%) nəfərdə və 9 (29,0%) nəfərdə medial lokalizasiyalı olmuşdur. Radikulyar kanalların asimmetriyası 19 (70,4%) nəfərdə boyun, 18 nəfərdə (58,1%) bel osteoxondrozunda müşahidə edilmişdir. Boyun radikulopatiyasi 6 (85,7%) nəfərdə arxa-yan yırtıqla, 8 (53,3%) nəfərdə paramedian yırtıqla, bel radikulopatiyasi isə 4 (100%) və 11 (61,1%) nəfərdə müşahidə edilmişdir. Tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki, ultrasonoqrafiya gənclərdə boyun və bel yırtıqlarının diaqnozu üçün məlumatverici bir üsuldur. Boyun disklərinin yırtıqlarına daha tez-tez C5-C6 və C4-C5 səviyyəsində, bel diskləri yırtıqlarına – L4-L5 və L5-S1 səviyyəsində diaqnozu qoyulur və əksər hallarda paramedian lokalizasiyalı olur. Yırtıqların posterolateral lokalizasiyası tez-tez radikulopatiyanın klinik əlamətləri ilə müşayiət edilir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


