GƏNCLƏRDƏ FƏQƏRƏARASI DİSK YIRTIĞININ DİAQNOSTİKASINDA ULTRASONOQRAFİYANIN ROLU

Müəlliflər

  • R.Ya. Abdullayev Xarkov Diplomdansonrakı Tibb Akademiyasının Ultrasəs müayinəsi kafedrası
  • İ.Q. Məmmədov Xarkov Diplomdansonrakı Tibb Akademiyasının
  • K.N. İbrahimova Xarkov Diplomdansonrakı Tibb Akademiyasının
  • R.R. Abdullayev Xarkov Diplomdansonrakı Tibb Akademiyasının
  • V.İ. Kalaşnikov Xarkov Diplomdansonrakı Tibb Akademiyasının

DOI

https://doi.org/10.34921/amj.2020.2.001

Açar sözlər

ultrasonoqrafiya, boyun və bel osteoxondrozu, fəqərəarası disklərin yırtığı

Xülasə

Məqalədə boyun və bel fəqərəarası disklərinin (FAD) yırtığının diaqnostikasında ultrasonoqrafiyanın rolu haqqında məlumat verilir. Bu məqsədlə 18-27 yaş arasında 538 xəstədə boyun (262 nəfər) və bel (276 nəfər) osteoxondrozunun klinik, nevroloji əlamətləri və ultrasonoqrafik müayinəsinin nəticələri təhlil edilmişdir. MRT müayinəsində 27 (10,3%) xəstədə boyun FAD yırtığı və 31 (11,2%) xəstədə bel yırtığı aşkar edildi. Boyun nahiyəsində yırtıqlar daha çox C5-C6 (11 nəfərdə – 40,7%) və C4-C5 (9 nəfərdə – 33,3%), bel nahiyəsində – L4-L5 (15 nəfərdə – 48,4%) və L5-S1 (12 nəfər, 38,7%) səviyyəsində müşahidə edilmişdir. 15 (55,6%) xəstədə boyun disk yırtığı paramedian, 7 xəstədə (25,9%) arxa-yan, 5 xəstədə (18,5%) orta mövqedə olmuşdur. Bel nahiyəsində paramedial yırtıqlar 18 (58,1%) nəfərdə, arxa-yan mövqedə 4 (12,9%) nəfərdə və 9 (29,0%) nəfərdə medial lokalizasiyalı olmuşdur. Radikulyar kanalların asimmetriyası 19 (70,4%) nəfərdə boyun, 18 nəfərdə (58,1%) bel osteoxondrozunda müşahidə edilmişdir. Boyun radikulopatiyasi 6 (85,7%) nəfərdə arxa-yan yırtıqla, 8 (53,3%) nəfərdə paramedian yırtıqla, bel radikulopatiyasi isə 4 (100%) və 11 (61,1%) nəfərdə müşahidə edilmişdir. Tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki, ultrasonoqrafiya gənclərdə boyun və bel yırtıqlarının diaqnozu üçün məlumatverici bir üsuldur. Boyun disklərinin yırtıqlarına daha tez-tez C5-C6 və C4-C5 səviyyəsində, bel diskləri yırtıqlarına – L4-L5 və L5-S1 səviyyəsində diaqnozu qoyulur və əksər hallarda paramedian lokalizasiyalı olur. Yırtıqların posterolateral lokalizasiyası tez-tez radikulopatiyanın klinik əlamətləri ilə müşayiət edilir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2020-06-30

Necə istinad edilir

Abdullayev, R., Məmmədov, İ.Q., İbrahimova, K., Abdullayev, R., & Kalaşnikov, V. . (2020). GƏNCLƏRDƏ FƏQƏRƏARASI DİSK YIRTIĞININ DİAQNOSTİKASINDA ULTRASONOQRAFİYANIN ROLU . Azərbaycan Tibb Jurnalı, (2), 5–10. https://doi.org/10.34921/amj.2020.2.001

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR