İYNƏYARPAQLI BİTKİ XAMMALINDAN ALINAN XLOROFİL-KAROTİN PASTASININ LEYŞMANİYALARA QARŞI ANTİPARAZİTAR TƏSİRİ

Müəlliflər

  • G.N. Kərimbəyova
  • A.М. Allahverdiyev
  • H.M. Əliyeva
  • M.S. Novruzova
  • C.X. Talıbova
  • G.Ş. Bayramova
  • E.A. Məmmədov
  • R.S. Bayramova
  • S.A. Tağıyeva

DOI

https://doi.org/10.34921/amj.2022.3.013

Açar sözlər

leyşmanioz, xlorofil-karotin pastası, promastiqot, qlükantim

Xülasə

Məqalədə iynəyarpaqlı bitki mənşəli xlorofil-karotin pastasının Leishmania promastiqotları əleyhinə təsirini öyrənmək və bu preparatın leyşmaniozun müalicəsində effektivliyini araşdırmaq məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Təcrübələrdə promastiqotlar əldə etmək üçün mikrokultura üsulundan istifadə edilmişdir.

Bu məqsədlə dəri leyşmoniozu təsdiq edilmiş xəstələrdən (dəri yaralarından) götürülmüş materiallardan mikrokultura yolu ilə leyşmaniya promastiqotlarının təmiz kulturası alınmışdır.

Tədqiqatın II mərhələsində adı çəkilən pastanın müxtəlif durulaşdırmaları (1x10, 1x20, 1x40 və 1x80) hazırlanmış və onların hərəkətli Leishmania promastiqotlarına təsiri öyrənilmişdir. Maddələrin antiparazitar təsiri qiymətləndirilmişdir.

Təcrübələr zamanı iynəyarpaqlı xlorofil-karotin pastasının promastiqotlara 1:2 nisbətində 60 dəqiqə, 1:4 nisbətində 2 saat və 1:8 nisbətində 3 saat ərzində letal zərərli təsir göstərdiyi aydın olmuşdur. Bu nəticəyə sınaq şüşələrində promastiqotların hərəkətliliyin itirilməsinə əsasən gəlinmişdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-09-30

Necə istinad edilir

Kərimbəyova , G., Allahverdiyev , A., Əliyeva, . H., Novruzova , M., Talıbova , C., Bayramova , G., … Tağıyeva , S. (2022). İYNƏYARPAQLI BİTKİ XAMMALINDAN ALINAN XLOROFİL-KAROTİN PASTASININ LEYŞMANİYALARA QARŞI ANTİPARAZİTAR TƏSİRİ. Azərbaycan Tibb Jurnalı, (3), 83–87. https://doi.org/10.34921/amj.2022.3.013

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ