XRONİK HEPATİT C-nin İNKİŞAFINDA METABOLİK VƏ İMMUN POZULMALARIN ROLU

Müəlliflər

  • C.P. İsayev Azərbaycan Tibb Universiteti
  • R.R. Bəylərova Azərbaycan Tibb Universiteti
  • V.N. Cavadzadə Azərbaycan Tibb Universiteti
  • B.Ə. Vəliyev Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2022.3.006

Açar sözlər

xronik hepatit C, qaraciyər steatozu, qaraciyər fibrozu, qaraciyərin qeyri-alkohol mənşəli piy distrofiyası

Xülasə

Məqalədə xronik C (XCH) virus hepatitinin gediş xüsusiyyətlərinə metabolik və immunoloji pozumaların təsirinin öyrənilməsinə dair tədqiqat işi haqqında məlumat verilmişdir. XCH-li 126 xəstə üzərində müşahidələr aparılmışdır. Tədqiqat zamanı qaraciyərin proqressivləşən piy distrofiyası – III dərəcəli steatoz əsasən fibrozun F3-4 mərhələsi qeyd edilmiş xəstələrdə, müvafiq olaraq 33,3% və 42,9% hallarda aşkar edilmişdir. Nəticələr metabolik pozulmaların XCH-nin gedişini əhəmiyyətli dərəcədə ağırlaşdırdığını, xəstələrdə steatozun dərəcəsi ilə fibrozun mərhələləri arasında birbaşa orta korrelyasiya olduğunu göstərmişdir. XCH-li xəstələrdə şəkərli diabetin aşkaredilmə tezliyi ilə fibrozun mərhələləri arasında düz korrelyasiya olduğu müəyyən edilmişdir; F3-4 mərhələsi olan xəstələrin 73,3%-də səkərli diabet aşkar olunmuşdur. XCH-li xəstələrdə orqanizmin immun statusunun bəzi parametrləri ilə qaraciyərdə inkişaf edən fibroz prosesinin mərhələləri arasında müşahidə edilən qarşılıqlı əlaqənin araşdırılması zamanı CD118+ və CD119+ səviyyələrində baş verən  dəyişikliklərin – onların sayının və fəallığının yüksəlməsi ağır qaraciyər fibrozunun proqnozlaşdırılması üçün immunoloji meyar kimi təklif edilə bilər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-09-30

Necə istinad edilir

İsayev , C., Bəylərova , R., Cavadzadə , V., & Vəliyev , B. (2022). XRONİK HEPATİT C-nin İNKİŞAFINDA METABOLİK VƏ İMMUN POZULMALARIN ROLU. Azərbaycan Tibb Jurnalı, (3), 37–44. https://doi.org/10.34921/amj.2022.3.006

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR