SİDİK DAŞI XƏSTƏLİYİNİN İLKİN PROQNOZU ÜÇÜN TƏKLİF EDİLMİŞ “SDPR2015” PROQRAMI

Müəlliflər

  • S.B. İmamverdiyev
  • R.T. Hüseynzadə Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2022.2.004

Açar sözlər

sidik daşı xəstəliyi, epidemioloji xüsusiyyət, sidik daşı xəstəliyinin proqnozu 2015, bədən kütləsi indeksi

Xülasə

Məqalədə sidik daşı xəstəliyi ilə (SDX) xəstələnmə riskinin epidemioloji və coğrafi risk faktorlarına əsasən proqnozlaşdırılması imkanının müəyyən edilməsi üçün riyazi alqoritm hazırlanması məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə ilk dəfə olaraq “sidik daşı xəstəliyinin proqnozu 2015” (SDPR2015) proqramı işlənilib hazırlanmışdır. Tədqiat işi Azərbaycan Respublikası Şimal (Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran), Dağlıq Şirvan coğrafi zonası (Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonları) və Şimali-Qərb (Şəki, Zaqatala, Balakən, Qax, Oğuz və Qəbələ rayonları) coğrafi zonalarına daxil olan rayonların mərkəzi xəstəxanalarının bazalarında aparılmışdır. Ümumi olaraq 2305 xəstə müşahidə edilmişdir. Xəstələrdən 1505-i kişi (65,29±0,99%), 800-ü (34,71±0,99%) qadın olmuşdur. «SDPR2015» ekspert proqnostik proqramı əsasında çox ucuz başa gələn bu yoxlama üsulu ilə risk qrupuna daxil olan xəstələri ayirib, xüsusi qabaqlayici (profilaktik) tədbirlər görmək və xəstələnmə hadisələrinin sayını azaltmaqla tibbi-sosial məsələlərin həllinə nail olmaq olar. Bu da nəticədə insanların həyat keyfiyyətinin yüksəldilməsinə, onların əmək qabiliyyətinin artmasına, həm də SDX-nin müalicəsi və reabilitasiyasi üçün maliyyə vəsaitinin azaldılmasına imkan verə bilər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-06-30

Necə istinad edilir

İmamverdiyev , S., & Hüseynzadə , R. (2022). SİDİK DAŞI XƏSTƏLİYİNİN İLKİN PROQNOZU ÜÇÜN TƏKLİF EDİLMİŞ “SDPR2015” PROQRAMI. Azərbaycan Tibb Jurnalı, (2), 27–34. https://doi.org/10.34921/amj.2022.2.004

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR