SİDİK DAŞI XƏSTƏLİYİNİN İLKİN PROQNOZU ÜÇÜN TƏKLİF EDİLMİŞ “SDPR2015” PROQRAMI
DOI
https://doi.org/10.34921/amj.2022.2.004Açar sözlər
sidik daşı xəstəliyi, epidemioloji xüsusiyyət, sidik daşı xəstəliyinin proqnozu 2015, bədən kütləsi indeksiXülasə
Məqalədə sidik daşı xəstəliyi ilə (SDX) xəstələnmə riskinin epidemioloji və coğrafi risk faktorlarına əsasən proqnozlaşdırılması imkanının müəyyən edilməsi üçün riyazi alqoritm hazırlanması məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə ilk dəfə olaraq “sidik daşı xəstəliyinin proqnozu 2015” (SDPR2015) proqramı işlənilib hazırlanmışdır. Tədqiat işi Azərbaycan Respublikası Şimal (Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran), Dağlıq Şirvan coğrafi zonası (Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonları) və Şimali-Qərb (Şəki, Zaqatala, Balakən, Qax, Oğuz və Qəbələ rayonları) coğrafi zonalarına daxil olan rayonların mərkəzi xəstəxanalarının bazalarında aparılmışdır. Ümumi olaraq 2305 xəstə müşahidə edilmişdir. Xəstələrdən 1505-i kişi (65,29±0,99%), 800-ü (34,71±0,99%) qadın olmuşdur. «SDPR2015» ekspert proqnostik proqramı əsasında çox ucuz başa gələn bu yoxlama üsulu ilə risk qrupuna daxil olan xəstələri ayirib, xüsusi qabaqlayici (profilaktik) tədbirlər görmək və xəstələnmə hadisələrinin sayını azaltmaqla tibbi-sosial məsələlərin həllinə nail olmaq olar. Bu da nəticədə insanların həyat keyfiyyətinin yüksəldilməsinə, onların əmək qabiliyyətinin artmasına, həm də SDX-nin müalicəsi və reabilitasiyasi üçün maliyyə vəsaitinin azaldılmasına imkan verə bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


