DONOR HEPATEKTOMİYASINDAN SONRA ERKƏN QARACİYƏR DİSFUNKSİYASI ÜÇÜN TOTAL HİSTON H3 SƏVİYYƏSİNİN PROQNOSTİK ƏHƏMİYYƏTİ

Müəlliflər

  • N.H. Novruzov Mərkəzi Gömrük Hospitalı

DOI

https://doi.org/10.34921/amj.2021.3.014

Açar sözlər

donor hepatektomiyası, qaraciyər disfunksiyası, histonlar

Xülasə

Donor hepatektomiyasından sonra yaranan erkən qaraciyər disfunksiyasının proqnozlaşdırıl­ması məqsədilə qanda sirkulyasiya edən histonlar yeni bir biomarker kimi araşdırılmışdır. Tədqi­qat işi qaraciyər transplantasiyası üçün hepatektomiya edilən 86 canlı donorun əməliyyat nəticələrinin təh­lili əsasında aparılmışdır. Əməliyyatdan sonrakı ilk gün bütün donorlardan qan nümunələri toplanmış və histon H3 səviyyəsi ELISA reaktiv dəsti vasitəsilə təyin edilmişdir. ISGLS təsnifatına uyğun olaraq 23 (26,7%) donorda qaraciyər funksiyasının bərpasında gecikmə izlənmiş, digər 63 (73,3%) donorda isə qaraciyər funksiyasının bərpası adekvat olmuşdur. Ekstrasellülyar histon H3 səviyyəsi qaraciyər funksiyasının bərpası gecikən donorlar qrupunda (0,776±0,018), qaraciyər funk­­si­yasının bərpası adekvat olan qrupla müqayisədə (0,846±0,019) statistik əhəmiyyətli dərəcədə fərq­lənmişdir. Qanda sirkulyasiya edən sərbəst histonların qaraciyər disfunksiyası üçün prediktiv AUC dəyəri (0,618±0,06) digər biokimyəvi analizlərlə müqayisədə yüksək olmuşdur. Ümumi histon H3 səviyyəsinin ROC əyrisindən əldə edilmiş optimal kəsmə dəyəri (<0,895) qaraciyər disfunk­siyası üçün 95,7% proqnostik həssalıqla və 37,3% spesifikliklə, müqayisə edilən digər parametrlərdən yük­sək qeyd edilmişdir (p<0,01). Tək parametrik və logistik reqressiya analizləri ekstrasellülyar his­tonların hepatektomiyadan sonrakı erkən dövrdə qaraciyər disfunksiyası üçün müstəqil risk ami­li olduğunu (Odds ratio-13,1) və ilk 24 saatda prediktiv dəyərinin standart qaraciyər testlərin­dən üstün olduğunu təsdiq etdi.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2021-09-30

Necə istinad edilir

Novruzov , N. (2021). DONOR HEPATEKTOMİYASINDAN SONRA ERKƏN QARACİYƏR DİSFUNKSİYASI ÜÇÜN TOTAL HİSTON H3 SƏVİYYƏSİNİN PROQNOSTİK ƏHƏMİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (3), 99–106. https://doi.org/10.34921/amj.2021.3.014

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR