AZƏRBAYCANDA PERİNATAL XİDMƏTİN MÜASİR SƏVİYYƏSİ VƏ PERSPEKTİVLƏRİ

Müəlliflər

  • V.O. Hüseynzadə Nizami Tibb Mərkəzi
  • A.Ə. Ağayev Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyə təşkili kafedrası
  • Z.Ə. Abaszadə Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrası

DOI

https://doi.org/10.34921/amj.2026.2.019

Açar sözlər

perinatal xidmət, ana və uşaq sağlamlığı, neonatal ölüm, antenatal nəzarət, teletəbabət

Xülasə

Məqalədə Azərbaycanda perinatal xidmətin mövcud vəziyyətini, inkişaf dinamikasını və gələcək perspektivlərini öyrənmək məqsədilə aparılmış tədqiqat işinin nəticələri haqqında məlumat verilmişdir. Tədqiqat 2010-2024-cü illəri əhatə edən rəsmi statistik məlumatlar əsasında aparılmışdır. Aparılan təhlillər göstərmişdir ki, son onillikdə doğuşayardım müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir neonatoloji avadanlıqların tətbiqi və neonatal skrininq proqramlarının genişləndirilməsi nəticəsində ana və yenidoğulmuşların ölüm göstəriciləri əhəmiyyətli dərəcədə azalmışdır. Ana ölümü əmsalı 2010-cu və 2023-cü illərin müqayisəsində 33-dən 18-ə (100 000 canlı doğuşa görə) düşmüşdür. Bununla yanaşı, regionlar arasında xidmətlərin əlçatanlığında və keyfiyyətində fərqlər, kənd bölgələrində ixtisaslı kadr çatışmazlığı qalmaqdadır. Teletəbabətin tətbiqi, rəqəmsal səhiyyə həllərinin inteqrasiyası və sübutlara əsaslanan klinik protokolların vahid icrası perinatal xidmətin daha da təkmilləşdirilməsinin prioritet istiqamətləri kimi müəyyən edilmişdir.  

Downloads

Download data is not yet available.

Yayımlanıb

2026-07-26

Necə istinad edilir

Hüseynzadə, V., Ağayev, A., & Abaszadə, Z. (2026). AZƏRBAYCANDA PERİNATAL XİDMƏTİN MÜASİR SƏVİYYƏSİ VƏ PERSPEKTİVLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 117–121. https://doi.org/10.34921/amj.2026.2.019

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ