GENİTAL PROLAPS ZAMANI LAPAROSKOPİK SAKROPEKSİYANIN ANATOMİK NƏTİCƏLƏRİ

Müəlliflər

  • R.M. Əliyeva Azərbaycan Tibb Universitetinin I mamalıq və ginekologiya kafedrası

DOI

https://doi.org/10.34921/amj.2026.2.005

Açar sözlər

laparoskopik sakropeksiya, pelvik orqan prolapsı, POP-Q sistemi, minimal invaziv cərrahiyyə

Xülasə

Məqalədə laparoskopik sakropeksiya əməliyyatı edilmiş qadın pasiyentlərin çanaq orqanlarının anatomik ölçülərinin Pelvic Organ Prolapse Quantification (POP-Q) sistemi əsasında qiymətləndirilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata 235 pasiyent (paralel qruplarda retrospektiv, müqayisəli, qeyri-randomizə olunmuş nəzarətli kohort tədqiqatı) cəlb edilmişdir. Pasiyentlər əməliyyatdan sonra 1, 6 və 12 ay müddətində izlənilmiş, anatomik göstəricilər POP-Q sistemi ilə qiymətləndirilmişdir. Statistik analiz təsviri metodlar, dispersiya analizi və Pirson uyğunluq meyarı ilə aparılmış, p≤0,05 səviyyəsi statistik əhəmiyyətlilik kimi qəbul edilmişdir.Tədqiqat göstərmişdir ki, əməliyyatdan 1 ay sonra bütün POP-Q göstəricilərində statistik əhəmiyyətli yaxşılaşma (p≤0,01) olmuş, 6 və 12 aylıq müddət ərzində əldə olunan anatomik nəticələrin stabilliyi qorunmuşdur. Tədqiqatın nəticələrinə əsaslanaraq, belə nəticəyə gəlmək olar ki, laparoskopik sakropeksiya çanaq orqanların ağır dərəcəli prolapsının müalicəsində yüksək effektivliyi təmin edir və uzunmüddətli dövrdə stabil anatomik nəticələr əldə etməyə imkan verir.  

Downloads

Download data is not yet available.

Yayımlanıb

2026-07-26

Necə istinad edilir

Əliyeva, R. (2026). GENİTAL PROLAPS ZAMANI LAPAROSKOPİK SAKROPEKSİYANIN ANATOMİK NƏTİCƏLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 27–32. https://doi.org/10.34921/amj.2026.2.005

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR