POSTMENOPAUZAL DÖVRDƏ OSTEOPOROTİK SINIĞI OLAN QADINLARDA D VİTAMİNİ MÜBADİLƏSİNDƏ İŞTİRAK EDƏN ZÜLALLARIN TƏDQİQİ

Müəlliflər

  • A.A. Museyibova Azərbaycan Tibb Universiteti
  • G.İ. Əzizova Azərbaycan Tibb Universiteti
  • V.İ. Yaqubova Azərbaycan Tibb Universiteti
  • İ.A. Kərimova Azərbaycan Tibb Universiteti
  • İ.C. Şahverdiyeva Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2026.1.018

Açar sözlər

postmenopauzal osteoporoz, D vitamini, vitamin D-birləşdirici zülal (VDBP), vitamini D reseptoru (VDR)

Xülasə

Məqalədə osteoporotik sınığı olan postmenopauzal qadınların qanında vitamin D mübadiləsində iştirak edən zülalların – vitamin D-birləşdirici zülal və vitamin D reseptorunun səviyyəsinin öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilirmişdir. Tədqiqata postmenopauzal yaşda olan 41 qadında aparılmış müayinələrin nəticələri daxil edilmişdir. Postmenopauzal dövrdə olan 13 nəfər praktik sağlam qadın kontrol qrupunu təşkil etmişdir. Tədqiqatdan alınan nəticələr göstərmişdir ki, postmenopauzal dövrdə osteoporotik sınığı olan qadında estrogen sintezinin azalması və D vitamini çatışmazlığı fonunda qan serumunda vitamin D-birləşdirici zülalın konsentrasiyasında azalma müşahidə edilir. Bu da sümük metabolizminin pozulmasına, sümük toxumasında funksional və morfoloji dəyişikliklərə səbəb olur.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2026-03-15

Necə istinad edilir

Museyibova, A., Əzizova, G., Yaqubova, V., Kərimova, İ.A., & Şahverdiyeva, İ.C. (2026). POSTMENOPAUZAL DÖVRDƏ OSTEOPOROTİK SINIĞI OLAN QADINLARDA D VİTAMİNİ MÜBADİLƏSİNDƏ İŞTİRAK EDƏN ZÜLALLARIN TƏDQİQİ. Azərbaycan Tibb Jurnalı, (1), 104–108. https://doi.org/10.34921/amj.2026.1.018

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR