ZEHNİ İNKİŞAF GERİLİYİ OLAN UŞAQLAR ARASINDA ÜZ-ÇƏNƏ ANOMALİYALARININ VƏ QEYRİ-KARİYES DİŞ XƏSTƏLİKLƏRİNİN YAYILMA TEZLİYİNİN MÜQAYİSƏLİ TƏHLİLİ

Müəlliflər

  • M.X. Hüseynova Azərbaycan Tibb Universiteti
  • V.M. Həsənov Azərbaycan Tibb Universiteti
  • P.A. Əhmədbəyli Azərbaycan Tibb Universiteti
  • Ş.R. Yusubova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2026.1.012

Açar sözlər

qeyri-kariyoz diş xəstəlikləri, hipoplaziya, flüoroz, üz-çənə anomaliyaları, zehni inkişaf geriliyi

Xülasə

Məqalədə zehni inkişaf geriliyi olan uşaqlar arasında üz-çənə anomaliyalarının və qeyri-kariyes diş xəstəliklərinin yayılma tezliyini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata yaş həddi 6-dan 16-ya qədər olan 236 zehni inkişaf gerilikli uşaq cəlb edilmişdir (əsas qrup), kontrol qrupu 226 həmyaşıd olan praktik sağlam uşaq təşkil etmişdir. Əsas qrup yaş üzrə 3 yarımqrupa bölunmüşdür: I qrup (6-8 yaş) – n=38; II qrup (9-11 yaş)− n=96; III qrup (12-16 yaş) – n=102. Təqdiqat göstərmişdir ki, zehni inkişaf geriliyi olan uşaqlar arasında üz-çənə anomaliyaları kontrol qrupdakına nisbətən 3,2 dəfə (p<0,001) artıq olmuşdur. Qeyri-kariyoz xəstəliklər: hipoplaziya 4,7 dəfə (p<0,001); üzçənə anomaliyaları 3,2 və flüoroz isə 3,2 dəfə artıq olmuşdur. Yarımqruplar üzrə göstəricilər paylaşılmışdır: I qrupda (6-8 yaş) – kontrol qrupuna nisbətən üz-çənə anomaliyaları 5,6 dəfə (p<0,001); hipoplaziya 2,8 dəfə, flüoroz halları isə 5,26 (p<0,001) dəfə çox olmuşdur; II qrupda (9-11 yaş) – üz-çənə anomaliyalarına 2,6 dəfə (p<0,001); hipoplaziyaya 2,9 (p<0,001) dəfə və flüoroza 1,3 (p<0,001), III qrupda (12-16 yaş) üz-çənə anomaliyalarına –3,8 (p<0,001) dəfə çox rast gəlinmişdir. Beləliklə, zehni inkişaf geriliyi olan uşaqlarda, psixosomatik pozuntuları üz-çənə anomaliyalarının və qeyri-karioz diş xəstəliklərinin yaranmasının risk amili hesab etmək olar.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2026-03-15

Necə istinad edilir

Hüseynova, M., Həsənov, V., Əhmədbəyli, P., & Yusubova, Ş.R. (2026). ZEHNİ İNKİŞAF GERİLİYİ OLAN UŞAQLAR ARASINDA ÜZ-ÇƏNƏ ANOMALİYALARININ VƏ QEYRİ-KARİYES DİŞ XƏSTƏLİKLƏRİNİN YAYILMA TEZLİYİNİN MÜQAYİSƏLİ TƏHLİLİ. Azərbaycan Tibb Jurnalı, (1), 70–73. https://doi.org/10.34921/amj.2026.1.012

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR