ENDOMETRİAL POLİPLƏRİN RİSK FAKTORLARI VƏ KLİNİK GEDİŞATININ XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2026.1.007Açar sözlər
endometrial polip, risk faktoru, klinik mənzərə, reqressiyaXülasə
Məqalədə qadınlarda endometrial poliplərin (EP) aparıcı risk faktorlarının və klinik gedişatının xüsusiyyətlərinin öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata 2023-cü ilin iyun ayından 2024-cü ilin may ayınadək olan dövrdə təsdiqlənmiş EP diaqnozu olan 54 pasiyent cəlb edilmişdir. İştirakçıların orta yaşı 46,0±1,7 il, bədən kütləsi indeksi (BKİ) isə 23,5±3,4 kq/m² təşkil etmişdir. Paritetin median göstəricisi 2 olmuş və diapazon 0-dan 6-dək dəyişmişdir. Ümumi iştirakçılardan 25 nəfər (46,3%) hormonal terapiya almış, 29 nəfər (53,7%) isə dərmansız gözləmə taktikası ilə müşahidə edilmişdir. EP-nin reqressiyası 28 pasiyentdə (51,9%) qeydə alınmışdır. Ən yüksək effektivlik hormonal müalicə alan qadınlarda müşahidə edilmişdir – 28 nəfərdən 22-də (78,6%) reqressiya qeyd edilmişdir. Gözləmə taktikası tətbiq edilən qrupda isə yalnız 6 pasiyentdə (20,7%) spontan reqressiya baş vermişdir. Əldə olunan nəticələrə əsasən, histeroskopik polipektomiya EP müalicəsində standart üsul olaraq qalır. Lakin premenopauza dövründə olan və simptomları olmayan qadınlarda müəyyən reqressiya faktorları mövcud olduqda konservativ müşahidə rasional və əsaslandırılmış yanaşma kimi qəbul edilə bilər. Poliplərin spontan və ya hormonal müdaxilə ilə reqressiyasının əsas proqnostik göstəriciləri kimi pasiyentin yaşı (50 yaş və aşağı) və hormonal terapiyanın tətbiqi müəyyən edilmişdir. Bu kateqoriyaya daxil olan qadınlar konservativ müalicəyə daha həssas cavab verir və bu səbəbdən birinci seçim kimi hormonal terapiyaya ən uyğun namizədlər hesab edilirlər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


