EOZİNOFİL İLTİHAB VƏ ONUN İLTİHABİ BAĞIRSAQ XƏSTƏLİKLƏRİNİN GEDİŞATINA TƏSİR İMKANLARI

Müəlliflər

  • G.H. Babayeva Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu https://orcid.org/0000-0002-5805-3741
  • H.İ. İbrahimli Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
  • G.V. Əsədova Azərbaycan Milli Onkologiya Mərkəzi
  • C.S. Musayev Bakı Patologiya Mərkəzi

DOI

https://doi.org/10.34921/amj.2026.1.005

Açar sözlər

eozinofillər, iltihabi bağırsaq xəstəlikləri, fibroz, eozinofil kation zülalı

Xülasə

Məqalədə eozinofillərin, xüsusən də eozinofil kation zülalının iltihabı bağırsaq xəstəliklərinin gedişatına təsirinin öyrənilməsi məqsədilə aparılmış tədqiqat işinin nəticələri şərh edilmişdir. Tədqiqata iltihabi bağırsaq xəstəlikləri (İBX) olan 446 pasiyent daxil edilmişdir. Onlardan 390 nəfərdə (87,4%) eozonofil kation zülalının (ECP) səviyyəsinin yüksəlməsi müşahidə edilmişdir. Bu qrup pasiyentlərdə İBX-nin aktivliyinin həm laborator (yüksək həssaslıqlı C-reaktiv zülal, trombositlərin səviyyəsi, homosistein, fekal kalprotektin və laktoferrin göstəricilərinə görə ifadə olunmuş yüksək iltihabi aktivlik, vitamin D və ümumi zülal/albumin səviyyələrində azalma, İL-10 səviyyəsinin yüksək göstəriciləri), həm endoskopik, həm də morfoloji göstəricilər daha yüksək olmuşdur. Müəlliflərin fikrincə, qanda ECP səviyyəsinin müəyyənləşdirilməsinin laborator diaqnostika üsulları siyahısına əlavə edilməsi İBX-li pasiyentlərdə aparılan bazis terapiyasına cavabın effektivliyini müəyyənləşdirməyə kömək edə bilər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2026-03-15

Necə istinad edilir

Babayeva, G., İbrahimli, H., Əsədova, G., & Musayev, C. (2026). EOZİNOFİL İLTİHAB VƏ ONUN İLTİHABİ BAĞIRSAQ XƏSTƏLİKLƏRİNİN GEDİŞATINA TƏSİR İMKANLARI. Azərbaycan Tibb Jurnalı, (1), 28–33. https://doi.org/10.34921/amj.2026.1.005

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR