İMPLANTƏTRAFI XƏSTƏLİKLƏRİN İNKİŞAFININ YÜKSƏK RİSK AMİLLƏRİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

Müəlliflər

  • M.Ə. Səfərov Azərbaycan Tibb Universiteti
  • F.Ə. Şixəliyeva Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2025.3.18

Açar sözlər

parodont, diş implantı, perimukozit, periimplantit, risk faktorları

Xülasə

Məqalədə implantətrafı xəstəliklərin inkişafı ilə bəzi subyektiv və obyektiv risk faktorları arasında əlaqələrin öyrənilməsi məqsədilə aparılmış tədqiqatın nəticələri şərh edilmişdir. 2015-2024-cü illər arasında implant dəstəkli protezlərdən istifadə edən xəstə kohortunun retrospektiv təhlili aparılmışdır. Ümumilikdə tədqiqata 120 xəstə daxil edilib. İşdə istifadə edilən multifaktorial tədqiqat modeli və onun nəticələrinin dərin statistik təhlili perimukozit və periimplantit ilə əlaqəli bəzi patogenetik əhəmiyyətli amillərin mövcudluğu, yəni həm erkən, həm də nisbətən sonrakı ağırlaşmaların inkişafında rolu olan bəzi risk amillərinin, o cümlədən yaşı 55-dən az olan xəstələr; tütün çəkənlər; anamnezində parodontit olanlar; implantın alt çənənin ön (frontal) hissəsində yerləşməsi mövcudluğu araşdırılmışdır. Tədqiqat göstərmişdir ki, iltihabi-destruktiv ağırlaşmaların inkişaf ehtimalı siqaret çəkənlərdə, yaşı 55-dən artıq olan şəxslərdə, adekvat interproksimal gigiyena olmadıqda, implant protezləri olanlarda və implantlar alt çənənin frontal nahiyəsinə yerləşdirildikdə daha yüksək olur.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-11-06

Necə istinad edilir

Səfərov, M., & Şixəliyeva, F. (2025). İMPLANTƏTRAFI XƏSTƏLİKLƏRİN İNKİŞAFININ YÜKSƏK RİSK AMİLLƏRİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ. Azərbaycan Tibb Jurnalı, (3), 101–107. https://doi.org/10.34921/amj.2025.3.18

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR