İNSULTLA ASSOSİASİYA EDƏN PNEVMONİYANIN GEDİŞİ İLƏ QAN SERUMUNDA İNTERLEYKİN-6 VƏ İNTERLEYKİN-10 SƏVİYYƏSİ ARASINDA KORRELYASİON ƏLAQƏLƏR

Müəlliflər

  • U.Q. Xanaxmedova Patris Lumumba ad. Xalqlar Dostluğu Universitetinin V.V.Vinoqradov ad. universitet klinikası
  • R.C. Mustafayev O.K.Skobelkin ad. Elmi-Tədqiqat Lazer Təbabəti İnstitutu
  • B.A. Derbenev O.K.Skobelkin ad. Elmi-Tədqiqat Lazer Təbabəti İnstitutu
  • M.İ. Lazeçko O.K.Skobelkin ad. Elmi-Tədqiqat Lazer Təbabəti İnstitutu
  • D.X. İbraqimova Patris Lumumba ad. Xalqlar Dostluğu Universitetinin V.V.Vinoqradov ad. universitet klinikası

DOI

https://doi.org/10.34921/amj.2025.3.16

Açar sözlər

insultla assosiasiya edən pnevmoniya, İl-6, İl-10, ağciyərlərin süni ventilyasiyası

Xülasə

Məqalədə insultla assosiasiya edən pnevmoniyanın (İAEP) qedişinin ağırlığı ilə qan serumunda sitokinlərin səviyyəsi arasındakı əlaqəni müəyyənləşdirmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. İAEP-nin patogenezində sitokinlərin rolunu aydınlaşdırmaq üçün bu patologiyası olan 58 pasiyentin qan serumunda axın sitometriyası üsulu ilə İl-6 və İl 10 sitokinlərinin səviyyəsi araşdırılmışdır. Pasiyentlərdən 19-u kritik, 39-u isə qeyri-kritik vəziyyətdə olmuşdur. Kritik vəziyyətdə olan xəstələrdə İl-6 və İl-10 səviyyəsinin əhəmiyyətli dərəcədə artdığı müşahidə edilmişdir. Bu sitokinlərin qan serumundakı səviyyəsinin pasiyentlərin süni tənəffüsə ehtiyacı ilə və ölüm halları ilə əlaqəsi də araşdırılmışdır. İl-6 səviyyəsinin AUC göstəricisi (ROC əyrisi altındakı sahə  Area Under The ROC curve) hər iki dəyişən üçün 0,7-yə bərabər olmuş və qanda kreatininin, natriumun, həmçinin trombositlərin səviyyəsi ilə korrelyasiya etmişdir. İnsultla assosiasiya edən pnevmoniyalı xəstələrin tədqiqindən alınan nəticələr qan serumunda İl-6 və İl-10 səviyyəsinin bu patologiyada COVİD-19 xəstəliyi zamanı müəlliflərin aldığı nəticələrə uyğun olmuşdur.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-11-06

Necə istinad edilir

Xanaxmedova, U., Mustafayev, R., Derbenev, B., Lazeçko, M., & İbraqimova, D. (2025). İNSULTLA ASSOSİASİYA EDƏN PNEVMONİYANIN GEDİŞİ İLƏ QAN SERUMUNDA İNTERLEYKİN-6 VƏ İNTERLEYKİN-10 SƏVİYYƏSİ ARASINDA KORRELYASİON ƏLAQƏLƏR. Azərbaycan Tibb Jurnalı, (3), 89–94. https://doi.org/10.34921/amj.2025.3.16

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR