XRONİK GENERALİZƏ ETMİŞ PARODONTİTLƏ QİDA ALLERGİYASI ARASINDA ƏLAQƏLƏRİN İMMUNOPATOGENETİK ASPEKTLƏRİ: MÜASİR KONSEPSİYALAR VƏ PERSPEKTİVLƏR
DOI
https://doi.org/10.34921/amj.2025.3.13Açar sözlər
xroniki generalizə etmiş parodontit, qida allergiyası, immunopatogenez, əlaqələrXülasə
Məqalədə xronik generalizə etmiş parodontitlə müşayiət olunan qida allergiyası olan xəstələrin qan serumunda interleykinlərin (IL-1β, IL-2, IL-4, IL-6) səviyyəsinin dəyişmələrini araşdırmaq, həmçinin onların mümkün patogenetik rolunu və IgE, sekretor İgA immunoqlobulinlərin səviyyəsi ilə əlaqəsini qiymətləndirmək məqsədilə aparılmış tədqiqatın nəticələri təqdim edilmişdir. 18-45 yaşlı, xronik generalizasiya etmiş parodontit xəstəliyi (KGP) olan 87 xəstənin və 17 sağlam donorun qan serumunda IL-1β, IL-2, IL-4, IL-6 və ümumi IgE səviyyəsi araşdırılmışdır. Ağız boşluğu mayesində sIgA konsentrasiyası müəyyən edilmişdir. Qida allergiyası fonunda baş verən XGP zamanı immun sistemin fəaliyyətində dərin dəyişikliklər aşkar edilmişdir, bu, həm sistemli, həm də yerli iltihabi-allergik mexanizmlərin aktivləşməsi ilə müşayiət edilir. Tədqiqatlar proinflamator sitokinlərin (IL-1β, IL-4, IL-6), ümumi IgE və sIgA səviyyələrində əhəmiyyətli artım olduğunu göstərmişdir. Müəlliflərin fikrincə, sIgA konsentrasiyasının artması, selikli qişanın baryer funksiyasını gücləndirməyə və antigenlərin daha da nüfuz etməsinin qarşısını almağa yönəlmiş adaptiv immun cavabın təzahürüdür. Müəyyən edilmiş immunoloji dəyişikliklər iltihab və allergik mexanizmlər arasında mürəkkəb patogenetik əlaqə olduğunu göstərir. Beləliklə, qida allergiyasının parodontitdə iltihabi prosesin şiddətinə və gedişinə təsirini nəzərə alaraq, fərdiləşdirilmiş terapevtik strategiyalar hazırlanarkən xəstənin allerqoloji vəziyyətini və immun reaksiyasının xüsusiyyətlərini nəzərə almaq vacibdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


