ENDOMETRİUM XƏRÇƏNGİ OLAN XƏSTƏLƏRDƏ LAPAROSKOPİK VƏ LAPAROTOMİK CƏRRAHİ METODLARIN NƏTİCƏLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ
DOI
https://doi.org/10.34921/amj.2025.2.003Açar sözlər
endometrium xərçəngi, histerektomiya, laparoskopiya, laparotomiya, proqnoz, residivXülasə
Məqalədə endometrium xərçənginin laparoskopik və laparotomik üsullarla aparılan cərrahi müalicəsinin nəticələrini müqayisə etmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqat Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasında 2018-2025-ci illər ərzində EX diaqnozu ilə operativ müalicə edilən 1532 xəstə üzərində retrospektiv olaraq aparılmışdır. Xəstələrin 43,2 %-də IA, 18,7%-də IB və 20,5%-də II mərhələ endometrium xərçəngi mövcud olmuşdur. Laparotomiya tətbiq edilən xəstə qrupunda sağqalma göstəricilərinin daha yaxşı olması statistik olaraq təsdiqlənmişdir (p=0,010 və p=0,007). Laparoskopiya tətbiq edilən xəstələrdə residivsiz dövr təxminən 2 il, laparotomiya qrupunda isə 3,5 il olmuşdur. Tədqiqat nəticəsində endometrial karsinomanın qeyri-endometrioid histoloji tipləri üçün laparotomik üsulun daha üstün və etibarlı olduğu müşahidə edilmişdir. Tətbiq edilən cərrahi metodla xəstələrin proqnozu arasındakı korrelyasiya qeyd edilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


