TRAVMATİK ZƏDƏLƏNMƏLƏR ZAMANI TELETƏBABƏTİN TƏTBİQİNİN EFFEKTİVLİYİ
DOI
https://doi.org/10.34921/amj.2025.1.019Açar sözlər
travmatik zədələnmələr, teletəbabət, təcili yardım, müalicəXülasə
Məqalədə təcili tibb yardım tələb edən travmatik zədələnmələr zamanı teletəbabətin tətbiqinin effektivliyini qiymətləndirmək məqsədilə aparılmış tədqiqatın nəticələri şərh edilmişdir. Bu məqsədlə 2015-2020-ci illər ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edən və teletəbabət vasitəsilə distant konsultasiya almış 59 xəstənin nəticələri təhlil edilmişdir. Xəstələr iki qrupa bölünmüşdür: ənənəvi qaydada müalicə almış retrospektiv qrup (n=22) və teletəbabət vasitəsilə distant mütəxəssis yardımı almış prospektiv qrup (n=37). Xəstələrə verilən distant tibbi yardımın müsbət təsirləri, hemodinamik göstəricilərin yaxşılaşması və ağrının azalması ilə ölçülmüşdür. Araşdırmanın nəticələri göstərmişdir ki, teletəbabət vasitəsilə tibbi yardımın tətbiqi travmatik zədələnmə zamanı keyfiyyətini artırır və xəstələrin müalicə müddəti qısalır. Bu yanaşma, xüsusilə təcili tibbi yardım tələb edən travma hadisələrində, zamanın kritik olduğu hallarda effektivdir və ölkənin ucqar bölgələrində bu tip xidmətlərin genişləndirilməsi müsbət nəticələr verə bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


