İKİNCİLİ TAM ADENTİYANIN ORTOPEDİK MÜALİCƏSİNDƏN SONRA PASİYENTLƏRİN HƏYAT KEYFİYYƏTİ

Müəlliflər

DOI

https://doi.org/10.34921/amj.2025.1.001

Açar sözlər

ikincili tam adentiya, tam çıxarılan lövhəli protez, ortopedik müalicə, həyat keyfiyyəti, OHİP-14 Ru anketi

Xülasə

Məqalədə ikincili tam adentiyanın tam çıxarılan lövhəli protezlə ortopedik müalicəsindən sonra pasiyentin həyat keyfiyyətinin öyrənilməsinə dair tədqiqatın nəticələri əks etdirilmişdir. Tədqiqata 45-90 yaş arasında 102 (50,0%) kişi, 102 (50,0%) qadın olmaqla 204 pasiyentin müayinəsinin nəticələri əks etdirilmişdir. Bundan ötrü təkmilləşdirilmiş üsulla ortopedik müalicədən əvvəl və 33 gün sonra həyat keyfiyyətini qiymətləndirmək üçün OHİP-14 Ru sorğu anketindən istifadə edilmişdir. İkincili tam adentiyanın ortopedik müalicəsindən 33 gün sonra pasiyentlərin həyat keyfiyyətində yaxşılaşma müşahidə edilmişdir. Müalicədən sonra 60-74 yaşlı pasiyentlərin həyat keyfiyyəti 1,2 dəfə yaxşılaşır ki, bu da 45-59 yaşlı pasiyentlər üçün göstəricini üstələyir. Müalicədən sonra nisbətən böyük yaş qruplarından olan pasiyentlərin həyat keyfiyyəti xüsusilə yüksək olur. 75-90 yaşlı pasiyentlərin həyat keyfiyyəti 1,4 dəfə yaxşılaşır ki, bu da 45-59 və 60-74 yaşlı pasiyentlər üçün göstəricini üstələyir. İkincili tam adentiya zamanı tam çıxarılan lövhəli protezlərin təkmilləşdirilmiş üsulla hazırlanması digər ortopedik müalicə növlərinə nisbətən həyat keyfiyyətinin daha çox yaxşılaşması ilə nəticələnir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-03-19

Necə istinad edilir

Bayramov , Y. (2025). İKİNCİLİ TAM ADENTİYANIN ORTOPEDİK MÜALİCƏSİNDƏN SONRA PASİYENTLƏRİN HƏYAT KEYFİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (1), 5–9. https://doi.org/10.34921/amj.2025.1.001

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR