AZƏRBAYCAN ƏHALİSİNİN DEMOQRAFİK GÖSTƏRİCİLƏRİNİN DİNAMİKASINDA NƏZƏRƏ ÇARPAN ƏSAS TENDENSİYALAR
DOI
https://doi.org/10.34921/amj.2024.4.018Açar sözlər
demoqrafik göstəricilər, əhalinin orta illik sayı, doğum, əhalinin sağlamlığıXülasə
Məqalədə Azərbaycan əhalisinin demoqrafik göstəricilərinin dinamikasında nəzərə çarpan əsas tendensiyaların aşkar edilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. 1960-2022-ci illər ərzində Azərbaycan Respublikası əhalisinin demoqrafik göstəricilərin (əhalinin orta illik sayı, doğum səviyyəsi, ölüm səviyyəsi) öyrənilməsi zamanı müəyyən edilmişdir ki, əhalinin orta illik sayı doğum səviyyəsi sayəsində müsbət dinamikaya malik olub, tədqiq olunan dövrdə davamlı şəkildə azalma meylinə malikdir. Məktəbyaşlı uşaqlar (0-4 yaş) arasında oğlanlar qızlara nisbətən üstünlük təşkil edirlər (müvafiq olaraq 100 000 əhaliyə görə 338,3 və 297,4 nəfər). Son 60 il ərzində ölüm səviyyəsinin ən yüksək göstəricisi 2021-ci ildə qeyd olunmuş və 1000 sakinə görə 7,7 nəfər təşkil etmişdir. Doğum səviyyəsi aydın şəkildə enmə tendensiyasına malikdir. 1960-cı ildə doğum göstəriciləri 1000 nəfərə görə 42,6 təşkil etmişdirsə, 2022-ci ildə 1000 nəfərə görə 12,2 səviyyəsi qeydə alınmışdır. Yaşama göstəricisi 2015-ci ildə son 50 ilin ən yüksək qiymətinə çataraq (kişilərdə 73,4 il, qadınlarda 77,9 il), 2020-ci ildə COVID-19 pandemiyası dövründə kəskin şəkildə azalmışdır (kişilərdə 69,5 il, qadınlarda 76,1 il).
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


