AZƏRBAYCAN ƏHALİSİNİN DEMOQRAFİK GÖSTƏRİCİLƏRİNİN DİNAMİKASINDA NƏZƏRƏ ÇARPAN ƏSAS TENDENSİYALAR

Müəlliflər

  • X.N. Xələfli Azərbaycan Tibb Universiteti
  • F.Ş. Tağıyeva Azərbaycan Tibb Universiteti
  • C.Ə. Rəhimov Azərbaycan Tibb Universiteti
  • X.H. Cəfərova Azərbaycan Tibb Universiteti
  • V.N. Vəkilov Azərbaycan Tibb Universiteti
  • E.F. Vahabov Azərbaycan Tibb Universiteti
  • D.G. Qasımova Azərbaycan Tibb Universiteti
  • P.B. İsaqova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.4.018

Açar sözlər

demoqrafik göstəricilər, əhalinin orta illik sayı, doğum, əhalinin sağlamlığı

Xülasə

Məqalədə Azərbaycan əhalisinin demoqrafik göstəricilərinin dinamikasında nəzərə çarpan əsas tendensiyaların aşkar edilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. 1960-2022-ci illər ərzində Azərbaycan Respublikası əhalisinin demoqrafik göstəricilərin (əhalinin orta illik sayı, doğum səviyyəsi, ölüm səviyyəsi) öyrənilməsi zamanı müəyyən edilmişdir ki, əhalinin orta illik sayı doğum səviyyəsi sayəsində müsbət dinamikaya malik olub, tədqiq olunan dövrdə davamlı şəkildə azalma meylinə malikdir. Məktəbyaşlı uşaqlar (0-4 yaş) arasında oğlanlar qızlara nisbətən üstünlük təşkil edirlər (müvafiq olaraq 100 000 əhaliyə görə 338,3 və 297,4 nəfər). Son 60 il ərzində ölüm səviyyəsinin ən yüksək göstəricisi 2021-ci ildə qeyd olunmuş və 1000 sakinə görə 7,7 nəfər təşkil etmişdir. Doğum səviyyəsi aydın şəkildə enmə tendensiyasına malikdir. 1960-cı ildə doğum göstəriciləri 1000 nəfərə görə 42,6 təşkil etmişdirsə, 2022-ci ildə 1000 nəfərə görə 12,2 səviyyəsi qeydə alınmışdır. Yaşama göstəricisi 2015-ci ildə son 50 ilin ən yüksək qiymətinə çataraq (kişilərdə 73,4 il, qadınlarda 77,9 il), 2020-ci ildə COVID-19 pandemiyası dövründə kəskin şəkildə azalmışdır (kişilərdə 69,5 il, qadınlarda 76,1 il).

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2024-12-25

Necə istinad edilir

Xələfli, X., Tağıyeva, F., Rəhimov, C., Cəfərova, X., Vəkilov, V., Vahabov, E., … İsaqova, P. (2024). AZƏRBAYCAN ƏHALİSİNİN DEMOQRAFİK GÖSTƏRİCİLƏRİNİN DİNAMİKASINDA NƏZƏRƏ ÇARPAN ƏSAS TENDENSİYALAR. Azərbaycan Tibb Jurnalı, (4), 116–121. https://doi.org/10.34921/amj.2024.4.018

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ