COVID-19 XƏSTƏLİYİ ZAMANI BÖYRƏK ZƏDƏLƏNMƏLƏRİNİN PATOMORFOLOJİ VƏ PATOFİZİOLOJİ ASPEKTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2022.1.020Açar sözlər
kəskin böyrək zədələnməsi, endotelial disfunksiya, tromboz, böyrək borucuqları epitelinin nekrozuXülasə
Məqalədə ağırgedişli COVID-19 xəstəliyindən ölmüş şəxslərin böyrəklərində törənmiş patomorfoloji dəyişikliklər şərh edilmiş və onların törənməsinin mümkün patofizioloji mexanizmini izah etmək məqsədilə müasir ədəbiyyat məlumatlarının təhlili verilmişdir.
COVID-19 xəstəliyi nəticəsində böyrəklərin kəskin zədələnmələrinin patomorfoloji əlamətlərinə yumaqcıqların qeyri-spesifik dəyişiklikləri, damarlarda tromblar yaranması, nefron borucuqlarında olan epitel hüceyrələrinin distrofiyası nevrozu və deskvamasiyası aiddir. Böyrək strukturunun patomorfoloji dəyişiklikləri həm SARS-CoV-2-nin birbaşa nefrotoksik təsiri ilə, həm də sistemli hipoksiyanın, hiperkoaqulyasiyanın və hiperventilyasiyanın təsiri ilə izah edilə bilər. Bundan əlavə, ağciyər-böyrək və ürək-böyrək oxları üzrə çarpaz əlaqələrin pozulmaları da müvafiq dəyişikliklərə səbəb ola bilər. Kəskin böyrək zədələnmələrinin yaranmasında endotelinin sistemli disfunksiyasının iştirakını da istisna etmək olmaz. Məqalədə təqdim edilmiş tədqiqat COVID-19 xəstəliyinin potensial patogenetik mərhələlərinin aydınlaşdırılmasına kömək edə bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


