eNOS GEN POLİMORFİZMİ ILƏ DİABET NEFROPATİYASI ARASINDA ƏLAQƏ

Müəlliflər

  • A.Y. Məmmədzadə Azərbaycan Tibb Universiteti
  • Ş.Q. İsmayılova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.4.015

Açar sözlər

diabet nefropatiyası, eNOS geninin polimorfizmi, T-786C, G894T, makroalbuminuriya

Xülasə

Məqalədə Azərbaycan populyasiyasında endotel mənşəli NO sintaza (eNOS) geninin T-786C və G894T polimorfizmlərinin 2-ci tip şəkərli diabet (T2ŞD) xəstələrində diabetik nefropatiyanın (DN) inkişafı ilə əlaqəsini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata mikroalbuminuriya, makroalbuminuriya müşahidə edilən və kontrol qrupu əsasında mərhələlərə ayrılmış 130 xəstə cəlb edilmişdir. Tədqiqatın nəticələri göstərmişdir ki, eNOS 786T>C polimorfizminin CC genotipi makroalbuminuriya riski ilə sıx əlaqəlidir (OR=3,11; 95% CI=1,10-8,73). G894T polimorfizmi ilə makroalbuminuriya riski arasında da statistik cəhətdən əhəmiyyətli əlaqə aşkar edilmişdir. Bu tapıntılar, eNOS-un polimorfizmlərinin bəzi tiplərini xəstələrdə diabetik nefropatiyaya meyilliliyin markeri kimi qiymətləndirməyə imkan verə bilər. Beləliklə, tədqiqatın nəticələri, eNOS polimorfizmlərinin böyrək funksiyasına təsirinin və digər genetik faktorlarla qarşılıqlı əlaqələrinin araşdırılmasının vacibliyini vurğulayır, bu da DN-nin inkişaf mexanizmlərini daha yaxşı anlamağa və 2-ci tip şəkərli diabet xəstələri üçün nefropatiyanın profilaktika metodlarının hazırlanmasına kömək edə bilər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2024-12-25

Necə istinad edilir

Məmmədzadə, A., & İsmayılova, Ş.Q. (2024). eNOS GEN POLİMORFİZMİ ILƏ DİABET NEFROPATİYASI ARASINDA ƏLAQƏ. Azərbaycan Tibb Jurnalı, (4), 94–100. https://doi.org/10.34921/amj.2024.4.015

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR