KƏSKİN DAŞLI XOLESİSTİT ZAMANI PERİFERİK QANIN LEYKOSİTAR TƏRKİBİNDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏRİN XƏSTƏLİYİN KLİNİK FORMALARINDAN ASILILIĞI
DOI
https://doi.org/10.34921/amj.2024.4.002Açar sözlər
kəskin xolesistit, iltihab, leykositar düsturXülasə
Məqalə kəskin daşlı xolesistit (KDX) zamanı periferik qanda leykositlərin tərkibində baş verən dəyişikliklərin xəstəliyin formasından asılılığını öyrənmək məqsədilə aparılmış elmi-tədqiqat işi barədə məlumat verilir. Tədqiqata 116 xəstə cəlb edilmişdir. Xəstələr 3 qrupa bölünmüşdür: I qrupa iltihabın kataral forması olan 53 xəstə, II qrupa fleqmonoz xolesistitli 38 xəstə və III qrupa isə qanqrenoz formalı iltihabı olan 25 xəstə daxil edilmişdir. 116 xəstədə dinamikada xolesistektomiyadan əvvəl və sonra aparılmış tədqiqat göstərmişdir ki, leykositlərin səviyyəsi KDX-nin formasından asılı olur. İltihabın intensivliyinin artması və öd kisəsindəki destruktiv dəyişikliklərin inkişafı qanda leykositlərin sayının və leykositar düstur göstəricilərinin dəyişməsi ilə müşayiət edilir. Aparılmış tədqiqatlara əsasən belə bir nəticə çıxarılmışdır ki, KDXnin destruktiv formalarının etibarlı erkən diaqnostikası və operasiyadan sonrakı dövrün gedişinin qiymətləndirilməsi üçün leykositar düsturdan daha həssas biomarker kimi istifadə etmək olar.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


