MEZO- VƏ BRAXİOSEFAL TİPLİ BEYİN KƏLLƏSİNƏ MALİK İNSANLARDA ÜZ SİNİRİ KANALININ İKİNCİ DİZİNİN BUCAQ PARAMETRLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2022.1.017Açar sözlər
üz siniri kanalı, kəllə indeksi, kraniometriyaXülasə
Məqalədə kompyuter-tomoqramlarında üz siniri kanalının ikinci dizinin bucağı ilə başın forması arasındakı uyğunluğu öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat işində Azərbaycan Tibb Universiteti Şüa diaqnostikası və şüa terapiyası kafedrasının arxivindən götürülmüş müxtəlif yaşlarda olan 28 xəstənin (11 qadın, 17 kişi) tomoqramlarından istifadə edilmişdir. Təhlil üçün ümumilikdə kəllənin və gicgah sümüyünün heç bir patologiyası müəyyən edilməyən tomoqramlar seçilmişdir. Bütün tomoqramlarda üz kanalının ikinci dizinin bucağı ölçülmüş, bu bucaqla başın forması arasındakı əlaqəni öyrənmək üçün kraniometrik ölçmələr aparılmışdır. Məlum olmuşdur ki, braxiosefallarda üz siniri kanalının ikinci dizinin bucağı sağda 129,80°-dən 162,90°-yə qədər, solda 135,00°-dən 159,30°-yə qədər, mezosefallarda isə bu göstərici sağda 128,70°-147,0°; solda 138,30°-151,00° təşkil edir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


