AZƏRBAYCAN FLORASINA AİD OLAN BƏZİ DƏRMAN BİTKİLƏRİNDƏN HAZIRLANMIŞ HOMEOPATİK KOMPOZİSİYALARIN ANTİMİKROB XÜSUSİYYƏTLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ

Müəlliflər

  • S.H. Məhərrəmova Azərbaycan Tibb Universiteti
  • T.H. Süleymanova Azərbaycan Tibb Universiteti
  • S.C. Mehralıyeva Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.3.022

Açar sözlər

ultrasəslə yüksəksürətli ekstraksiya, homeopatik texnologiya, homeopatik kompozisiya, dərman bitkiləri, antimikrob fəallıq

Xülasə

Məqalədə biyan, rozmarin, zəncəfil, vərəmum (Propolis) qarışığından ultrasəslə yüksəksürətli ekstraksiya üsulu (High Speed Dispersator – STEGLER DG-360, 26-28 °C , 50Hs, 2800-28000 dövr/dəq) ilə alınan ana cövhərlərin homeopatik texnologiya qaydalarına uyğun olaraq fərqli nisbətli kompozisiyalarının (maddələrin) hazırlanması və alınan maddələrin antimikrob xüsusiyyətlərinin öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Aparılan tədqiqat nəticəsində məlum olmuşdur ki, təqdim edilən maddələr nativ halda orta səviyyədə antibacterial və antifunqal təsir göstərir. Maddə N1 (3:2:2:3 nisbətində biyan – propolis, rozmarin, zəncəfil) nativ halda güclü antifunqal təsir xassəsinə göstərir. Həmin maddənin durulaşmalarında da eyni təsir qeydə alınmışdır. Aparılan tədqiqatlar nəticəsində N5 (5:3:2 nisbətində biyan, rozmarin, propolis), N1 (3:2:2:3 nisbətində biyan, propolis, rozmarin, zəncəfil) və N6 (3:5:2 nisbətində biyan, rozmarin, zəncəfil) maddələrinin bütün durulaşmalarında zəif antibakterial fəallıq aşkarlanmışdır. N2 (5:5 nisbətində biyan-propolis), N3 (5:5 nisbətində biyan-zəncəfil) və N4 (5:5 nisbətində biyan-rozmarin) maddələrinin D3 durulaşmaları antibakterial və antifunqal təsir göstərməmişdir. Beləliklə, homeopatik texnologiya ilə hazırlanmış kompozisiyalar və onların homeopatik durulaşmalarının antimikrob təsirə malik olduğunun aşkarlanması üçün aparılmış mikrobiolji tədqiqatlar əsasında daha güclü təsirli kompleks müəyyənləşdirilmişdir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2024-10-25

Necə istinad edilir

Məhərrəmova, S., Süleymanova, T., & Mehralıyeva, S. (2024). AZƏRBAYCAN FLORASINA AİD OLAN BƏZİ DƏRMAN BİTKİLƏRİNDƏN HAZIRLANMIŞ HOMEOPATİK KOMPOZİSİYALARIN ANTİMİKROB XÜSUSİYYƏTLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ. Azərbaycan Tibb Jurnalı, (3), 128–134. https://doi.org/10.34921/amj.2024.3.022

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT