ALİ MƏKTƏBİN I KURS TƏLƏBƏLƏRİNİN SAĞLAMLIQLA ƏLAQƏLİ HƏYAT KEYFİYYƏTİNİN FORMALAŞMASINDA RİSKLİ DAVRANIŞLARIN ROLU

Müəlliflər

DOI

https://doi.org/10.34921/amj.2024.3.017

Açar sözlər

universitet tələbələri, həyat keyfiyyəti, SF-36 sorğu anketi, həyat tərzi, risk amilləri

Xülasə

Məqalədə ali təhsil müəssisələrində təhsil alan tələbələrin həyat keyfiyyətinə təsir göstərə biləcək risk amillərini müəyyən etmək məqsədilə aparılan tədqiqatın nəticələri verilmişdir. Tədqiqat Azərbaycan Tibb Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin 783 nəfər I kurs tələbəsi arasında SF-36 (Short Form-36) və HBSC (Health Behaviour in School-aged Children) sorğu anketlərinə əsasən aparılmışdır. Təhlil göstərmişdir ki, bəzi sosial-demoqrafik göstəricilərə və həyat tərzinin xarakterinə görə qızlar və oğlanlar, eləcə də müxtəlif ali məktəblərdə təhsil alan tələbələr arasında ciddi fərqlər mövcuddur. Həmçinin, müəyyən edilmişdir ki, dərsdən sonra yorğunluq, pis qidalanma, intihara cəhdlər, həyatdan məmnunluq amili və əksər sosial-demoqrafik xüsusiyyətlər birinci kurs tələbələrinin həyat keyfiyyətinə mənfi təsir göstərir. Beləliklə, alınan məlumatların təhlili göstərmişdir ki, sosial-iqtisadi vəziyyət və həyat tərzinin tələbələrin sağlamlıqla əlaqəli həyat keyfiyyətinə təsiri yüksək səviyyədədir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2024-10-25

Necə istinad edilir

Balayeva, Ş.M., & Əhmədli, F. (2024). ALİ MƏKTƏBİN I KURS TƏLƏBƏLƏRİNİN SAĞLAMLIQLA ƏLAQƏLİ HƏYAT KEYFİYYƏTİNİN FORMALAŞMASINDA RİSKLİ DAVRANIŞLARIN ROLU. Azərbaycan Tibb Jurnalı, (3), 98–103. https://doi.org/10.34921/amj.2024.3.017

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ