OTOMİKOZ TÖRƏDƏN GÖBƏLƏKLƏRİN SPEKTRİNİN VƏ ANTİFUNQAL PREPARATLARA HƏSSASLIĞININ TƏDQİQİ
DOI
https://doi.org/10.34921/amj.2024.71.22.002Açar sözlər
otomikoz, şəkərli diabet, antifungal preparatlar, Candida, Aspergillus, rezistentlikXülasə
Məqalədə şəkərli diabeti olan pasiyentlərdə otomikoz törədicilərinin spektrinin və əsas antifunqal preparatlara həssaslığının öyrənilməsinə dair tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata şəkərli diabeti olan və mikroskopik müayinə üsülu ilə təsdiqlənmiş otomikoz diaqnozlu 43 pasiyent daxil edilib. Pasiyentlərdən 28 nəfəri kişi,15 nəfəri isə qadın olmuşdur.Yaş diapazonu 42-81. Qulaqdan götürülən patoloji material elektiv mühitlərə əkilmişdir. Alınan kulturaların standartlaşmış disklər metodu ilə antifunqal vasitələrə həssaslığı yoxlanılmışdir. Tədqiqat nəticəsində Candida spp.(46,5%) və Aspergillus spp.(37.2%) növlərindən olan göbələklərə daha çox rast gəlinib. Antifunqal preparatlara gəldikdə isə clotrimazola həssaslıq (27,9%) daha çox müşahidə edilib. Ən yüksək rezistentlik amfoterisin B (4,7%) və flukonazola (9,3%) qarşı olub.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


