OTOMİKOZ TÖRƏDƏN GÖBƏLƏKLƏRİN SPEKTRİNİN VƏ ANTİFUNQAL PREPARATLARA HƏSSASLIĞININ TƏDQİQİ

Авторы

  • L.R. Poladova Azərbaycan Tibb Universiteti

DOI:

https://doi.org/10.34921/amj.2024.71.22.002

Ключевые слова:

otomikoz, şəkərli diabet, antifungal preparatlar, Candida, Aspergillus, rezistentlik

Аннотация

Məqalədə şəkərli diabeti olan pasiyentlərdə otomikoz törədicilərinin spektrinin və əsas antifunqal preparatlara həssaslığının öyrənilməsinə dair tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata şəkərli diabeti olan və mikroskopik müayinə üsülu ilə təsdiqlənmiş otomikoz diaqnozlu 43 pasiyent daxil edilib. Pasiyentlərdən 28 nəfəri kişi,15 nəfəri isə qadın olmuşdur.Yaş diapazonu 42-81. Qulaqdan götürülən patoloji material elektiv mühitlərə əkilmişdir. Alınan kulturaların standartlaşmış disklər metodu ilə antifunqal vasitələrə həssaslığı yoxlanılmışdir. Tədqiqat nəticəsində Candida spp.(46,5%) və Aspergillus spp.(37.2%) növlərindən olan göbələklərə daha çox rast gəlinib. Antifunqal preparatlara gəldikdə isə clotrimazola həssaslıq (27,9%) daha çox müşahidə edilib. Ən yüksək rezistentlik amfoterisin B (4,7%) və flukonazola (9,3%) qarşı olub.

Downloads

Download data is not yet available.

Опубликован

2024-07-28

How to Cite

Poladova, L. (2024). OTOMİKOZ TÖRƏDƏN GÖBƏLƏKLƏRİN SPEKTRİNİN VƏ ANTİFUNQAL PREPARATLARA HƏSSASLIĞININ TƏDQİQİ. Azərbaycan Tibb Jurnalı, (2), 84–89. https://doi.org/10.34921/amj.2024.71.22.002

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR