ÜST DODAQ VƏ DAMAĞIN ANADANGƏLMƏ İKİTƏRƏFLİ YARIĞI OLAN UŞAQLARDA VƏ NORMAL HALDA XIŞ SÜMÜYÜNÜN MORFOMETRİK GÖSTƏRİCİLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2023.4.021Açar sözlər
çənəarası sümüyün protruziyası, xış sümüyünün optik sıxlığı, xış sümüyünün uzunluğu, üst çənə kompleksi, dodaq və damağın anadangəlmə bitişməməsiXülasə
Məqalədə dodaq və damağın ikitərəfli bitişməməsi (DDİB) və çənəarası sümüyün (Premaxilla) protruziyası olan uşaqlarda xış və çənəarası sümüyün morfometrik parametrlərində yaşla əlaqəli dəyişikliklərin müəyyən edilməsinə yönəlmiş tədqiqatın nəticələri təqdim edilir.
Kontrol qrupuna yaşı 6 günlükdən 14-ilə qədər olan 115 uşaq və 1 döl, əsas qrupa (DDİB qrupu) yaşı 6 günlükdən 8 yaşa qədər olan 20 uşaq daxil olmuşdur; retrospektiv olaraq kompüter-tomoqrafiya görüntüləri təhlil edilmişdir; xış sümüyünün uzunluğu, qalınlığı, optik sıxlığı və çənəarası sümüyün ölçüləri müəyyənləşdirilmişdir.
Kontrol qrupunda 1 yaşa qədər olan uşaqlarda xış sümüyünün morfometrik ölçüləri belə olmuşdur: uzunluğu – 19,6±1,8 mm, qalınlığı – 1,63±0,25 mm, sıxlığı – 383±98 mq/sm3 ; DDİB olan uşaqlarda xış sümüyünün uzunluğu və qalınlığı kontrol qrupundakına nisbətən 1,6 dəfə, sıxlığı isə 2,4 dəfə artıq olmuşdur (p<0,001). Kontrol qrupuna daxil edilmiş yaşı 2-dən artıq olan uşaqlarda xış sümüyünün uzunluğu 28,0±5,5 mm, qalınlığı 1,62±0,35 mm, orta hissədə maksimum sıxlığı – 742±120 mq/sm3 olmuşdur. Eyni yaş qrupundan olan DDİB-li uşaqlarda isə xış sümüyü kontrol qrupundakına nisbətən orta hesabla 1,2 dəfə uzun, 2,3 dəfə qalın (p<0,001), kaudal nahiyədə maksimum sıxlıq isə 1168±187 mq/sm3 (p < 0,05) olmuşdur.
Açar sözlər: çənəarası sümüyün protruziyası, xış sümüyünün optik sıxlığı, xış sümüyünün uzunluğu, üst çənə kompleksi, dodaq və damağın anadangəlmə bitişməməsi.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


