EKSPERİMENTDƏ KANABİDİOL YAĞININ TƏTBİQİNDƏN SONRA QARACİYƏRİN MİKROSİRKULYATOR HÖVZƏSİNİN ARXİTEKTONİKASI VƏ STRUKTUR MÜTƏŞƏKKİLLİYİ
DOI
https://doi.org/10.34921/amj.2023.4.023Açar sözlər
Cannabis sativa, kannabidiol, qaraciyər, mikrosirkulyasiyaXülasə
Məqalədə kannabidiol (KBD) yağının eksperimental şəraitdə tətbiqindən sonra qaraciyərin mikrosirkulyator hövzəsində baş verən dəyişikliklərin histoloji və immunhistokimyəvi üsullarla qiymətləndirilməsi aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Eksperimentlər kütləsi 180-200 q., yaşı 5-7 ay olan 42 erkək siçovul üzərində aparılmışdır.
Tədqiqat göstərmişdir ki, qidasına 10 %-li KBD yağı əlavə edilən eksperimental heyvanların qaraciyərinin mikrosirkulyator sistemində əhəmiyyətli bir dəyişiklik baş vermir. 14 və 28 gün 10 %-li KBD tətbiqindən sonra qaraciyərin struktur mütəşəkkilliyi pozulmuş mərkəzi venalarının, qaraciyər üçlüyünün, sinusoidal kapillyarların divarları kontrol qrupun heyvanlarındakından fərglənmir. Qanın realoji xassələrində dapedezlə əlaqəli mikrohemorragiya tipli eritrostaz, qanın seperasiyası, leykostaz, qansızma şəkilli patoloji dəyişikliklər və nekrozlaşma müşahidə edilmir. 14 və 28 gün KBD almış heyvanlarda qaraciyərin mərkəzi venasının morfometriyasında müvafiq olaraq 87,7 mkm və 90,89 mkm nəticə alınmışdır; bu, kontrol qrupun göstəricilərindən (88,73±1,1 mkm) statistik baxımdan etibarlı şəkildə fərglənmir (p>0,05).
Beləliklə, tədqiqatın nəticəsi göstərmişdir ki, 10 %-li KBD-nin qəbulu qaraciyərin mikrosirkulyator damar mənfəzinə zədələyici təsir göstərmir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


