EKSPERİMENTDƏ KANABİDİOL YAĞININ TƏTBİQİNDƏN SONRA QARACİYƏRİN MİKROSİRKULYATOR HÖVZƏSİNİN ARXİTEKTONİKASI VƏ STRUKTUR MÜTƏŞƏKKİLLİYİ

Авторы

  • L.İ. Volos Daniil Halitski ad. Lvov Milli Tibb Universitetinin
  • N.N. Şevçuk Daniil Halitski ad. Lvov Milli Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2023.4.023

Ключевые слова:

Cannabis sativa, kannabidiol, qaraciyər, mikrosirkulyasiya

Аннотация

Məqalədə kannabidiol (KBD) yağının eksperimental şəraitdə tətbiqindən sonra qaraciyərin mikrosirkulyator hövzəsində baş verən dəyişikliklərin histoloji və immunhistokimyəvi üsullarla qiymətləndirilməsi aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Eksperimentlər kütləsi 180-200 q., yaşı 5-7 ay olan 42 erkək siçovul üzərində aparılmışdır.
Tədqiqat göstərmişdir ki, qidasına 10 %-li KBD yağı əlavə edilən eksperimental heyvanların qaraciyərinin mikrosirkulyator sistemində əhəmiyyətli bir dəyişiklik baş vermir. 14 və 28 gün 10 %-li KBD tətbiqindən sonra qaraciyərin struktur mütəşəkkilliyi pozulmuş mərkəzi venalarının, qaraciyər üçlüyünün, sinusoidal kapillyarların divarları kontrol qrupun heyvanlarındakından fərglənmir. Qanın realoji xassələrində dapedezlə əlaqəli mikrohemorragiya tipli eritrostaz, qanın seperasiyası, leykostaz, qansızma şəkilli patoloji dəyişikliklər və nekrozlaşma müşahidə edilmir. 14 və 28 gün KBD almış heyvanlarda qaraciyərin mərkəzi venasının morfometriyasında müvafiq olaraq 87,7 mkm və 90,89 mkm nəticə alınmışdır; bu, kontrol qrupun göstəricilərindən (88,73±1,1 mkm) statistik baxımdan etibarlı şəkildə fərglənmir (p>0,05).
Beləliklə, tədqiqatın nəticəsi göstərmişdir ki, 10 %-li KBD-nin qəbulu qaraciyərin mikrosirkulyator damar mənfəzinə zədələyici təsir göstərmir.

Downloads

Download data is not yet available.

Опубликован

2023-12-20

How to Cite

Volos, L., & Şevçuk, N. (2023). EKSPERİMENTDƏ KANABİDİOL YAĞININ TƏTBİQİNDƏN SONRA QARACİYƏRİN MİKROSİRKULYATOR HÖVZƏSİNİN ARXİTEKTONİKASI VƏ STRUKTUR MÜTƏŞƏKKİLLİYİ. Azərbaycan Tibb Jurnalı, (4), 164–170. https://doi.org/10.34921/amj.2023.4.023

Выпуск

Раздел

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT