İNTERSTİSİAL SİSTİT ZAMANI SİDİK KİSƏSİNİN SELİKLİ QİŞASINDA FOTODİTAZİNİN TOPLANMASININ XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2023.4.003Açar sözlər
interstisial sistit, fotosensibilizator, flüoressent spektroskopiya, fotodinamik terapiyaXülasə
Məqalədə intersitisial sistitin fotodinamik üsulla müalicəsini optimallaşdırmaq məqsədilə bu xəstəlik zamanı sidik kisəsinin selikli qişasında fotosensibilizator xassəli fotoditazinin toplanmasının öyrənilməsinə dair tədqiqatın nəticələri şərh edilmişdir. Tədqiqat interstisial sistiti olan 25 pasiyent üzərində aparılmışdır.
Xəstələrə venadaxili inyeksiya yolu ilə fotoditazin yeridilərək, bu preparatın sidik kisəsinin selikli qişasında toplandığı müddət çoxkanallı optik lifli spektroanalizator («ЛЭСА-01-Биоспек») vasitəsilə tədqiq edilmişdir. Fotodinamik müalicə aparmaq üçün tənzim edilən çıxış gücü 2 Vata qədər olan 661±0,03 nm uzunluqlu dalğalarla işləyən «АTKUC-2» lazer aparatından istifadə edilmişdir. Flüoressent spektroskopiya metodu vasitəsilə aşkar edilmişdir ki, interstisial sistit zamanı sidik kisəsinin selikli qişasında fotoditazinin maksimal toplanma müddəti 120-150 dəqiqədir. Lazer vasitəsilə təsir göstərildikdən sonra flüoressesiyanın intensivliyi 72,3% azalır; bu, fotosensibilizatorun əhəmiyyətli dərəcədə aktivləşdiyini və fotodinamik reaksiyanın sürətləndiyini göstərir.
Tədqiqat göstərir ki, interstisial sistitin müalicəsi zamanı fotosensibilizator infuziyasından sonra lazer şüalandırılmasının optimal müddəti 2-2,5 saata bərabərdir. Lazer şüalandırılmasının nəticələrinin spektroskopik göstəriciləri bu xəstəliyin müalicəsində fotodinamik terapiya metodunun effektivliyini sübut edir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


