KƏSKİN FİZİKİ YÜKDƏN SONRA KARDİOMİOSİTLƏRIN MORFOFUNKSİONAL XÜSUSİYYƏTLƏRİNİN DƏYİŞİKLİKLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2023.3.027Açar sözlər
fiziki yük, kardiomiosit, endotel hüceyrələri, hipoksiyaXülasə
Məqalədə birdəfəlik, kəskin fiziki yükdən sonra kardiomiositlərdə baş verən ultrastruktur dəyişikliklərinin öyrənilməsinə həsr edilmiş tədqiqat işinin nəticələri təqdim edilmişdir. Təcrübə zamanı cinsi xətti bəlli olmayan, cinsi yetkinliyə çatmış, kütləsi 120,0-140,0 q. olan erkək ağ siçovullardan istifadə edilmişdir. Fiziki yük diametri 0,5m olan fırlanan çarxla həyata keçirilmişdir. Cəmi 30 siçovuldan istifadə edilmışdır ki, onlardan 6-sı kontrol qrupu təşkil etmişdir. Heyvanlar fırlanan çarxda yorulana qədər (3 saat) qaçaraq birdəfəlik fiziki yükün təsirinə məruz qalmışlar. Miokardda törənən dəyişiklikləri öyrənmək üçün histoloji, elektronhistokimyəvi, ultramikroskopik üsullardan istifadə edilmişdir.
Tədqiqat göstərmişdir ki, fiziki yükün təsirindən təcrübə heyvanlarının miokardında işıq-optik mikroskopiya zamanı elə ciddi dəyişikliklər olmur, yalnız birləşdirici toxuma stromasının hidpatasiyası müşahidə edilir. Miokardın elektron-mikroskopik tədqiqi zamanı ondakı erkən dəyişikliklərin kapillyarların ultrastruktur dəyişiklikləri ilə sıx bağlı olduğu aşkarlandı. Kapillyarların divarında qeyri-bərabər ocaqlı, müxtəlif intensivlikli distrofik dəyişikliklər törənir; endotel hüceyrələrinin, onların membranlarının ultrastrukturu xeyli dəyişikliklərə məruz qalır. Ürək əzələsinin ödemi bir qayda olaraq miositin struktur yenidənqurulması ilə əlaqədar olur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


