KƏSKİN FİZİKİ YÜKDƏN SONRA KARDİOMİOSİTLƏRIN MORFOFUNKSİONAL XÜSUSİYYƏTLƏRİNİN DƏYİŞİKLİKLƏRİ

Авторы

  • T.S. Sultanova Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2023.3.027

Ключевые слова:

fiziki yük, kardiomiosit, endotel hüceyrələri, hipoksiya

Аннотация

Məqalədə birdəfəlik, kəskin fiziki yükdən sonra kardiomiositlərdə baş verən ultrastruktur dəyişikliklərinin öyrənilməsinə həsr edilmiş tədqiqat işinin nəticələri təqdim edilmişdir. Təcrübə zamanı cinsi xətti bəlli olmayan, cinsi yetkinliyə çatmış, kütləsi 120,0-140,0 q. olan erkək ağ siçovullardan istifadə edilmişdir. Fiziki yük diametri 0,5m olan fırlanan çarxla həyata keçirilmişdir. Cəmi 30 siçovuldan istifadə edilmışdır ki, onlardan 6-sı kontrol qrupu təşkil etmişdir. Heyvanlar fırlanan çarxda yorulana qədər (3 saat) qaçaraq birdəfəlik fiziki yükün təsirinə məruz qalmışlar. Miokardda törənən dəyişiklikləri öyrənmək üçün histoloji, elektronhistokimyəvi, ultramikroskopik üsullardan istifadə edilmişdir.
Tədqiqat göstərmişdir ki, fiziki yükün təsirindən təcrübə heyvanlarının miokardında işıq-optik mikroskopiya zamanı elə ciddi dəyişikliklər olmur, yalnız birləşdirici toxuma stromasının hidpatasiyası müşahidə edilir. Miokardın elektron-mikroskopik tədqiqi zamanı ondakı erkən dəyişikliklərin kapillyarların ultrastruktur dəyişiklikləri ilə sıx bağlı olduğu aşkarlandı. Kapillyarların divarında qeyri-bərabər ocaqlı, müxtəlif intensivlikli distrofik dəyişikliklər törənir; endotel hüceyrələrinin, onların membranlarının ultrastrukturu xeyli dəyişikliklərə məruz qalır. Ürək əzələsinin ödemi bir qayda olaraq miositin struktur yenidənqurulması ilə əlaqədar olur.

Downloads

Download data is not yet available.

Опубликован

2023-09-30

How to Cite

Sultanova, T. (2023). KƏSKİN FİZİKİ YÜKDƏN SONRA KARDİOMİOSİTLƏRIN MORFOFUNKSİONAL XÜSUSİYYƏTLƏRİNİN DƏYİŞİKLİKLƏRİ. Azərbaycan Tibb Jurnalı, (3), 166–171. https://doi.org/10.34921/amj.2023.3.027

Выпуск

Раздел

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT