YAŞLI İNSANLARDA GÖZ YUVASININ MORFOMETRİK GÖSTƏRİCİLƏRİNİN KOMPÜTER-TOMOQRAFİYA VASİTƏSİLƏ QİYMƏTLƏNDİRİLMƏSİ
DOI
https://doi.org/10.34921/amj.2023.3.005Açar sözlər
göz yuvası, morfometriya, kompüter-tomoqrafiyaXülasə
Yaşlı insanlarda göz yuvasının anatomik normal ölçülərinin morfometrik etalonunu əldə etmək məqsədilə onların yaşa, cinsiyyətə və kraniotiplərə görə fərqli xüsusiyyətləri araşdırılmışdır. Tədqiqat Donetsk diaqnostika mərkəzində avropeoid irqinə mənsub olan və yaşı 22-dən 74-ə qədər olan, kəllə-üz nahiyəsində heç bir patologiyası olmayan 96 nəfər üzərində (48 kişi və 48 qadın) onların razılığı alınmaqla aparılmışdır.
Tədqiqat zamanı kompüter-tomoqrafiya, morfometriya və riyazi üzuldan (variasion və korrelyasion analizlər) aparılmışdır.
Kompüter-tomoqrafiya üsulu ilə aparılan tədqiqat sağ və sol göz yuvasının normal ölçülərini, onların girəcəyinin eninin və hündürlüyünün, dərinliyinin sağ və sol göz yuvasının girişlərinin meyllik dərəcəsini, medial və lateral divarların bucağını qiymətləndirməyə imkan vermişdir. Göz yuvasının morfometrik göstəricilərində cinsi dimorfizmin olmadığı ehtimalı irəli sürülmüşdür. Yaşlılıq dövrünün ikinci yaş qrupunda göz yuvasının dərinliyinin və aşağı divarının qalınlığının fərqli olmasının mümkünlüyü qeyd edilmişdir. Kranial indeksi fərqli olan müxtəlif kraniotipə mənsub insanlarda göz yuvasının müxtəlif morfometrik göstəriciləri arasında statistik etibarlı fərqlər aşkar edilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


