YAŞLI İNSANLARDA GÖZ YUVASININ MORFOMETRİK GÖSTƏRİCİLƏRİNİN KOMPÜTER-TOMOQRAFİYA VASİTƏSİLƏ QİYMƏTLƏNDİRİLMƏSİ

Авторы

  • S.O. Dubına Donetsk Milli Tibb Universiteti
  • S.İ. Serbin Donetsk Milli Tibb Universiteti
  • S.V. Bondarenko Donetsk Milli Tibb Universiteti
  • S.İ. Danilçenko Xerson Dövlət Universiteti
  • B.N. Filenko Poltava Dövlət Tibb Universiteti
  • M.N. Koptev Poltava Dövlət Tibb Universiteti
  • A.V. Piroq-Zakaznikova Poltava Dövlət Tibb Universiteti

DOI:

https://doi.org/10.34921/amj.2023.3.005

Ключевые слова:

göz yuvası, morfometriya, kompüter-tomoqrafiya

Аннотация

Yaşlı insanlarda göz yuvasının anatomik normal ölçülərinin morfometrik etalonunu əldə etmək məqsədilə onların yaşa, cinsiyyətə və kraniotiplərə görə fərqli xüsusiyyətləri araşdırılmışdır. Tədqiqat Donetsk diaqnostika mərkəzində avropeoid irqinə mənsub olan və yaşı 22-dən 74-ə qədər olan, kəllə-üz nahiyəsində heç bir patologiyası olmayan 96 nəfər üzərində (48 kişi və 48 qadın) onların razılığı alınmaqla aparılmışdır.
Tədqiqat zamanı kompüter-tomoqrafiya, morfometriya və riyazi üzuldan (variasion və korrelyasion analizlər) aparılmışdır.
Kompüter-tomoqrafiya üsulu ilə aparılan tədqiqat sağ və sol göz yuvasının normal ölçülərini, onların girəcəyinin eninin və hündürlüyünün, dərinliyinin sağ və sol göz yuvasının girişlərinin meyllik dərəcəsini, medial və lateral divarların bucağını qiymətləndirməyə imkan vermişdir. Göz yuvasının morfometrik göstəricilərində cinsi dimorfizmin olmadığı ehtimalı irəli sürülmüşdür. Yaşlılıq dövrünün ikinci yaş qrupunda göz yuvasının dərinliyinin və aşağı divarının qalınlığının fərqli olmasının mümkünlüyü qeyd edilmişdir. Kranial indeksi fərqli olan müxtəlif kraniotipə mənsub insanlarda göz yuvasının müxtəlif morfometrik göstəriciləri arasında statistik etibarlı fərqlər aşkar edilmişdir.

Downloads

Download data is not yet available.

Опубликован

2023-09-30

How to Cite

Dubına, S., Serbin, S., Bondarenko, S., Danilçenko, S., Filenko, B., Koptev, M., & Piroq-Zakaznikova, A. (2023). YAŞLI İNSANLARDA GÖZ YUVASININ MORFOMETRİK GÖSTƏRİCİLƏRİNİN KOMPÜTER-TOMOQRAFİYA VASİTƏSİLƏ QİYMƏTLƏNDİRİLMƏSİ. Azərbaycan Tibb Jurnalı, (3), 32–38. https://doi.org/10.34921/amj.2023.3.005

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR