TƏHSİLALANLARIN SAĞLAMLIQ VƏZİYYƏTİNƏ VƏ HƏYAT TƏRZİNƏ KOMPÜTER TEXNOLOGİYALARININ TƏSİRİ
DOI
https://doi.org/10.34921/amj.2023.2.018Açar sözlər
yeniyetmə sağlamlığı, rəqəmsal texnologiyalar, həyat fəaliyyəti, funksional vəziyyətXülasə
Məqalədə rəqəmsal təhsil mühitinin və kompüter texnologiyalarının yeniyetmələrin sağlamlığına və həyat tərzinə təsirinin istifadə müddətindən asılılığının qiymətləndirilməsinin nəticələri təqdim edilir. Bakı şəhərinin ümumi təhsil məktəblərinin yuxarı siniflərində təhsil alan 13-16 yaşlı 986 yeniyetmənin tədris mühiti, həyat tərzi və sağlamlıq vəziyyəti öyrənilib. Müəyyən edilib ki, təhsilalanlar adi günlərdə sutka ərzində iki növ rəqəmsal informatika cihazından istifadə edirlər. Bu vasitələrdən fasiləsiz gündəlik 4-4,5 saat, həftə sonları və bayram günlərində isə 5,5-6,0 saat istifadə edilmişdir; onlardan uzun müddət istifadə təhsilalanlarda bir çox şikayətlərə: 21,4%-də baş ağrısına, 29,8%-də gözlərdə yanma hissinə, 10,2%-də boyun ağrısına, 19,2%-də başgicəllənməyə, 19,4%-də əllərdə uyuşma və sancmaya, ağrıya səbəb olmuşdur. Tədqiq olunan yeniyetmələrdə müxtəlif dərəcəli miyopiya 9,8%, skolioz – 42,6%, kifoz – 8,9% təşkil etmişdir. Rəqəmsal texnologiyaların tətbiqi ilə keçirilən dərsin sonunda mərkəzi sinir sisteminin funksional göstəriciləri pisləşmişdir. Hiperinformasiya cəmiyyətində qadjetlərdən istifadə müddətinə, vizual iş zamanı fasilələrin təşkilinə, iş yerlərində işıqlanma səviyyəsinə olan gigiyenik tələblərə əməl edilməməsi dayaqhərəkət aparatının, görmə orqanının pozulmalarına, astenopik xarakterli şikayətlərin artmasına, həmçinin yeniyetmələrin sağlamlığına və həyat tərzinə təsir göstərir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


