TƏHSİLALANLARIN SAĞLAMLIQ VƏZİYYƏTİNƏ VƏ HƏYAT TƏRZİNƏ KOMPÜTER TEXNOLOGİYALARININ TƏSİRİ

Авторы

  • Ş.M. Balayeva Azərbaycan Tibb Universitetinin Uşaq və yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrası
  • H.H. Gabulov Azərbaycan Tibb Universitetinin
  • N.Q. Şüleymanzadə Azərbaycan Tibb Universitetinin
  • S.Ə. Həsənova Azərbaycan Tibb Universitetinin
  • Z.Q. İsmayılova Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2023.2.018

Ключевые слова:

yeniyetmə sağlamlığı, rəqəmsal texnologiyalar, həyat fəaliyyəti, funksional vəziyyət

Аннотация

Məqalədə rəqəmsal təhsil mühitinin və kompüter texnologiyalarının yeniyetmələrin sağlamlığına və həyat tərzinə təsirinin istifadə müddətindən asılılığının qiymətləndirilməsinin nəticələri təqdim edilir. Bakı şəhərinin ümumi təhsil məktəblərinin yuxarı siniflərində təhsil alan 13-16 yaşlı 986 yeniyetmənin tədris mühiti, həyat tərzi və sağlamlıq vəziyyəti öyrənilib. Müəyyən edilib ki, təhsilalanlar adi günlərdə sutka ərzində iki növ rəqəmsal informatika cihazından istifadə edirlər. Bu vasitələrdən fasiləsiz gündəlik 4-4,5 saat, həftə sonları və bayram günlərində isə 5,5-6,0 saat istifadə edilmişdir; onlardan uzun müddət istifadə təhsilalanlarda bir çox şikayətlərə: 21,4%-də baş ağrısına, 29,8%-də gözlərdə yanma hissinə, 10,2%-də boyun ağrısına, 19,2%-də başgicəllənməyə, 19,4%-də əllərdə uyuşma və sancmaya, ağrıya səbəb olmuşdur. Tədqiq olunan yeniyetmələrdə müxtəlif dərəcəli miyopiya  9,8%, skolioz – 42,6%, kifoz – 8,9% təşkil etmişdir. Rəqəmsal texnologiyaların tətbiqi ilə keçirilən dərsin sonunda mərkəzi sinir sisteminin funksional göstəriciləri pisləşmişdir. Hiperinformasiya cəmiyyətində qadjetlərdən istifadə müddətinə, vizual iş zamanı fasilələrin təşkilinə, iş yerlərində işıqlanma səviyyəsinə olan gigiyenik tələblərə əməl edilməməsi dayaqhərəkət aparatının, görmə orqanının pozulmalarına, astenopik xarakterli şikayətlərin artmasına, həmçinin yeniyetmələrin sağlamlığına və həyat tərzinə təsir göstərir.

Downloads

Download data is not yet available.

Опубликован

2023-05-10

How to Cite

Balayeva, Ş.M., Gabulov, H. ., Şüleymanzadə, . N. ., Həsənova, . S., & İsmayılova, . Z. (2023). TƏHSİLALANLARIN SAĞLAMLIQ VƏZİYYƏTİNƏ VƏ HƏYAT TƏRZİNƏ KOMPÜTER TEXNOLOGİYALARININ TƏSİRİ. Azərbaycan Tibb Jurnalı, (2), 117–122. https://doi.org/10.34921/amj.2023.2.018

Выпуск

Раздел

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ