EKSPERİMENTAL KRANİOSKELET TRAVMASI ZAMANI QARACİYƏRİN ÖDÇIXARICI FUNKSİYASININ TƏDQİQİ

Müəlliflər

  • T.A. Zaets İ.Ya.Qorbaçevski ad. Ternopol Milli Tibb Universitetinin Funksional
  • S.V. Dzıqa İ.Ya.Qorbaçevski ad. Ternopol Milli Tibb Universitetinin Funksional
  • Ye.V. Bakalets İ.Ya.Qorbaçevski ad. Ternopol Milli Tibb Universitetinin Funksional
  • Q.Q. Habor İ.Ya.Qorbaçevski ad. Ternopol Milli Tibb Universitetinin Funksional
  • K.Ya. Maksuv İ.Ya.Qorbaçevski ad. Ternopol Milli Tibb Universitetinin Funksional

DOI

https://doi.org/10.34921/amj.2020.2.010

Açar sözlər

kəllə-beyin travmaları, qaraciyər, öd ifrazı

Xülasə

Məqalədə eksperimental kranioskelet travmasına məruz qalmış laboratoriya heyvanlarında qaraciyərin ödçıxarıcı funksiyasını öyrənmək məqsədilə aparılmış tədqiqat işinin nəticələri şərh edilir. Eksperimentlər 46 baş yetkin erkək ağ siçovul üzərində aparılmışdır. Tədqiqat qrupundakı heyvanlarda qapalı kranioskelet travması və bud sümüyünün qapalı sınığı modelləşdirilmiş, eksperimentin 1, 3 və 7-ci günlərində qaraciyərin öd ifrazı funksiyası tədqiq edilmişdir. Öd ifrazının sürəti ilə birgə ödün tərkibində öd turşularının ümumi miqdarı, ümumi xolesterin, vasitəsiz (düz) və vasitəli bilirubin tədqiq edilmişdir. Tədqiqat göstərmişdir ki, eksperimental kranioskelet tavmalarından sonrakı ilk vaxtlardan başlayaraq, qaraciyərin ödçıxarıcı funksiyası pozulur; bu, öd ifrazının sürətinin və ödün tərkibində öd turşularının ümumi miqdarının, ümumi xolesterinin, ümumi və vasitəsiz bilirubinin konsentrasiyasının azalması ilə təzahür edir. Göstərilən dəyişikliklər travmadan sonrakı 7-ci gün xüsusilə dərin olur. Müəlliflərin fikrinə görə, alınmış nəticələr göstərir ki, travmanın modelləşdirilməsi nəticəsində qaraciyərin öd əmələgətirmə funksiyası və ekskretor biliar funksiyası pozulur. Beləliklə, politravma şəraitində törənən poliorqan çatışmazlığının farmakoloji müalicəsi zamanı qaraciyərin öd sekresiyasının pozulması da nəzərə alınmalıdır. 

Downloads

Download data is not yet available.

Yayımlanıb

2020-06-30

Necə istinad edilir

Zaets, T., Dzıqa, S., Bakalets, Y., Habor, Q., & Maksuv, K. . (2020). EKSPERİMENTAL KRANİOSKELET TRAVMASI ZAMANI QARACİYƏRİN ÖDÇIXARICI FUNKSİYASININ TƏDQİQİ . Azərbaycan Tibb Jurnalı, (2), 67–73. https://doi.org/10.34921/amj.2020.2.010

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT