POSTOPERASİON YIRTIQLARIN MEYDANA ÇIXMASINDA QARIN DİVARININ TİKİLMƏSİ ZAMANI TƏTBİQ EDİLƏN TEXNİKİ ÜSULLARIN ROLU
DOI
https://doi.org/10.34921/amj.2021.4.018Açar sözlər
laparotom yaranın tikilmə üsulları, tikiş texnikası, ostoperasion yırtıqlarXülasə
Məqalədə postoperasion yırtıqların meydana çıxmasında qarın divarı tikilərkən tətbiq edilən cərrahi üsulların rolunun öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi barədə məlumat verilmişdir. Tədqiqata açıq üsulla böyük abdominal əməliyyatlara məruz qalmış və postopersion yırtıqların meydana çıxması baxımından uzaq nəticələri öyrənilmiş 137 xəstənin materialları daxil edilmişdir. 10 xəstədə (7,3%) postoperasion yırtıqlar meydana çıxmışdır. Reverdin-Multanovski üsulu ilə fasiləsiz ”kilidli” tikiş texnikası tətbiq edilmiş 26 xəstədən 4-də (15,38%), cərrahi kəsiyi böyükölçülü adi fasiləsiz üsulla tikilmiş 62 xəstədən 6-da (9,68%) yırtıqlar müəyyən edilmiş, kiçikölçülü tikiş texnikası tətbiq edilmiş 49 xəstədən isə heç birində yırtıq qeydə alınmamışdır. İstifadə edilmiş sapın uzunluğunun yara uzunluğuna nisbəti (SU:YU) yırtıq törənmiş xəstələrdə orta hesabla 2,5±0,2, yırtıq yaranmamış xəstələrdə 3,0±0,06 olmuşdur. Ən yüksək rastgəlmə tezliyi (16,13% ) isə SU:YU nisbəti 3-dən kiçik olmaqla böyük tikiş texnikası tətbiq edilmiş xəstələrdə müşahidə edilmişdir. Aparılan çoxvariantlı analizlər qeyri-cərrahi risk amilləri ilə yanaşı, ”kilidli” fasiləsiz və SU:YU < 3 olmaqla böyükölçülü adi fasiləsiz tikiş texnikalarının tətbiqinin müstəqil risk faktoru təşkil etdiyini və kiçiktikişli texnikanın daha effektiv üsul olduğunu göstərmişdir


