POSTOPERASİON YIRTIQLARIN MEYDANA ÇIXMASINDA QARIN DİVARININ TİKİLMƏSİ ZAMANI TƏTBİQ EDİLƏN TEXNİKİ ÜSULLARIN ROLU

Müəlliflər

  • N.C. Zeynalov Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
  • E.A. Rüstəmov Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəz
  • A.R. Həsənov Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi

DOI

https://doi.org/10.34921/amj.2021.4.018

Açar sözlər

laparotom yaranın tikilmə üsulları, tikiş texnikası, ostoperasion yırtıqlar

Xülasə

Məqalədə postoperasion yırtıqların meydana çıxmasında qarın divarı tikilərkən tətbiq edilən cərrahi üsulların rolunun öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi barədə məlumat verilmişdir. Tədqiqata açıq üsulla böyük abdominal əməliyyatlara məruz qalmış və postopersion yırtıqların meydana çıxması baxımından uzaq nəticələri öyrənilmiş 137 xəstənin materialları daxil edilmişdir. 10 xəstədə (7,3%) postoperasion yırtıqlar meydana çıxmışdır. Reverdin-Multanovski üsulu ilə fasiləsiz ”kilidli” tikiş texnikası tətbiq edilmiş 26 xəstədən 4-də (15,38%), cərrahi kəsiyi böyükölçülü adi fasiləsiz üsulla tikilmiş 62 xəstədən 6-da (9,68%) yırtıqlar müəyyən edilmiş, kiçikölçülü tikiş texnikası tətbiq edilmiş 49 xəstədən isə heç birində yırtıq qeydə alınmamışdır. İstifadə edilmiş sapın uzunluğunun yara uzunluğuna nisbəti (SU:YU) yırtıq törənmiş xəstələrdə orta hesabla 2,5±0,2, yırtıq yaranmamış xəstələrdə 3,0±0,06 olmuşdur. Ən yüksək rastgəlmə tezliyi (16,13% ) isə SU:YU nisbəti 3-dən kiçik olmaqla böyük tikiş texnikası tətbiq edilmiş xəstələrdə müşahidə edilmişdir. Aparılan çoxvariantlı analizlər qeyri-cərrahi risk amilləri ilə yanaşı, ”kilidli” fasiləsiz və SU:YU < 3 olmaqla böyükölçülü adi fasiləsiz tikiş texnikalarının tətbiqinin müstəqil risk faktoru təşkil etdiyini və kiçiktikişli texnikanın daha effektiv üsul olduğunu göstərmişdir

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2022-03-04

Necə istinad edilir

Zeynalov, N., Rüstəmov, E., & Həsənov, A. (2022). POSTOPERASİON YIRTIQLARIN MEYDANA ÇIXMASINDA QARIN DİVARININ TİKİLMƏSİ ZAMANI TƏTBİQ EDİLƏN TEXNİKİ ÜSULLARIN ROLU. Azərbaycan Tibb Jurnalı, (4), 123–130. https://doi.org/10.34921/amj.2021.4.018

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR