SÜD VƏZİSİNİN İNVAZİV AXACAQ XƏRÇƏNGİNİN ÜÇQAT NEQATİV VƏ LYUMİNAL “A” FENOTİPLƏRİNDƏN E-KADQERİN EKSPRESSİYASININ XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2022.3.020Açar sözlər
süd vəzisi xərçəngi, lyuminal fenotip, üçqat mənfi molekulyar yarımtip, E-kadqerinXülasə
Məqalədə süd vəzisi axacağı invaziv xərçənginin (SVX) yaranma və inkişafı zamanı E-kadqerin ekspessiyasının xüsusiyyətlərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.
SVX axacaqlarının üçqat neqativ və lyuminal “A” fenotipli xərçəng formaları histoloji, immunhistokimyəvi və morfoloji metodlarla tədqiq edilmişdir. E-kadqerin ekspresiyası Qureshi sayma sisteminin köməyi ilə yarımmiqdari analiz üsulu ilə qiymətləndirilmişdir. Ekspressiyanın intensivliyinin müxtəlif klinik-patoloji parametrləri Pirsonun X2 meyarı vasitəsilə hesablanmışdır.
Tədqiqat göstərmişdir ki, E-kadqerinin yüksəksəviyyəli ekspressiyasına ER-müsbət (estrogen-reseptor +) şişlərdə daha çox rast gəlinir. Belə ki, yaşı 50-dən artıq olan, karsinomanın lyumonal “A” tipi müşahidə edilən 25 xəstədən 16 nəfərdə (64 %) [44,6-81,28 %] yüksək ekspressiya müşahidə edilmişdir. Üçqat neqativ SVX olan xəstələr arasında isə E-kadqerinin zəif ekspressiyası və ya ekspressiyasının yoxluğu daha çox müşahidə edilmişdir (p=0,011). 20 xəstədən 14 nəfərdə (70 %) [48,66-87,56 %] hüceyrə adheziyası aşağı səviyyədə olmuşdur, halbuki, bu xəstələrin yaşı 50-dən yüksək idi (p>0,050). Yaşı 50-dən artıq olan xəstələrdən 30 %-də E-kadqerin ekspressiyası yüksək səviyyədə idi (p=0,050). E-kadqerin ekspressiyasının aşağı səviyyəsi və ya heç ekspressiya edilməməsi bədxassəlilik dərəcəsi g 2 və g 3 olan və xəstəliyin 3-cü klinik mərhələsini keçirən pT3 tipli şişlərlə assosiasiya etmişdir.
Beləliklə, E-kadqerini SVX-nin güclü supressoru hesab etmək olar.Bununla əlaqədar olaraq, E-kadqerin ekspressiyasının azalması və ya ekspressiya edilməməsi SVX-li xəstələrdə arzuedilməz proqnostik əlamət hesab edilməlidir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


