REPRODUKTİV YAŞDA OLAN QADINLARDA İNSAN PAPİLLOMA VİRUSU İLƏ İNFEKSİYALAŞMANIN RİSK AMİLLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2022.2.018Açar sözlər
papillomavirus infeksiyası, risk amilləri, reproduktiv yaşda olan qadınlarXülasə
İnsanın papilloma virusu (İPV) infeksiyasının risk amillərinin qiymətləndirilməsi üçün 18-44 yaşlı 312 qadın arasında hadisə-kontrol retrospektiv müayinəsi aparılmışdır. Xəstələr iki qrupa bölünmüşdür: əsas qrupa – yüksək onkogen riskli insan papillomavirusu aşkar edilmiş 232 qadın, kontrol qrupa – İPV-testləşmənin mənfi nəticələri olan 80 qadın daxil edilmişdir. Tədqiqatdan aydın olmuşdur ki, İPV ilə infeksiyalaşmanın əsas risk amillərinə aşağıdakılar aiddir: pasiyentin gənc yaşda olması, ailə vəziyyəti, ali təhsilinin olmaması, siqaretçəkmə, spirtli içkilərdən istifadə, cinsi həyata erkən başlama, oliqomenoreya, xəstələrin qohumlarında hər hansı lokalizasiyalı onkoloji xəstəliklərin olması, müxtəlif kontrasepsiya metodlarının tətbiqinin, uşaqlıq boynunda cərrahi manipulyasiyaların, doğuşların və abortların sayının, yaxın qohumlarda somatik xəstəliklərin olmasının risk amili kimi rolu olduğu təsdiq edilməmişdir. İPV barəsində məlumatlılıq da həmçinin infeksiyalaşma riskini aşağı salmamışdır (p>0,05). İPV-nin geniş yayılmasının səbəbinin aşkar edilməsi son dərəcə mühüm epidemioloji əhəmiyyət daşıyır və xəstəliyin səmərəli profilaktika tədbirlərinin hazırlanması üçün zəmin yaradır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


