AZƏRBAYCAN ƏRAZİSİNDƏ DƏRİ LEYŞMANİOZUNUN YAYILMASI
DOI
https://doi.org/10.34921/amj.2021.3.021Açar sözlər
dəri leyşmaniozu, endemik region, dəri leyşmaniozunun yayılmasıXülasə
Məqalədə dəri leyşmaniozunun Azərbaycan ərazisində yayılmasının öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.
Dəri leyşmaniozu xəstəliyi ilə bağlı hallar 2010-cu ildən 2020-ci ilə qədər müddətə təhlil olunmuşdur. İşlənib hazırlanmış material əsasında aydın olmuşdur ki, Azərbaycanda qeyd olunan dövr ərzində 251 nəfər dəri leyşmaniozu xəstəsi qeydə alınmışdır. Epidemioloji xəstəliklərin təhlili göstərmişdir ki, Azərbaycanda dəri leyşmaniozu xəstəliyi qeyri-sabit dalğalı xarakter daşıyır. 2019-cu ildə 100 min nəfər əhali üçün ən yüksək ekstensivlik göstərici 0,431, 2010-cu ildə isə 100 min nəfər əhali üçün 0,100 təşkil etmişdir. Çox güman ki, müxtəlif illər və regionlar üzrə xəstəliklərin mövcud olmasının qeyri-bərabər şəkildə paylanması dəri leyşmaniozu xəstəliyinin geniş yayılmasının epidemioloji təsvirinə təsir göstərən sosial və təbii amillərin xüsusiyyətləri ilə əlaqədardır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


