BAĞIRSAQ ANASTOMOZLARINDA GEDƏN REGENERASİYA PROSESLƏRİNƏ İNSAN PLASENTAR HİDROLİZATININ TƏSİRİ
DOI
https://doi.org/10.34921/amj.2021.3.017Açar sözlər
bağırsaq anastomozu tutarsızlığı, bağırsaq anastomozu regenerasiyası, insan plasentar hidrolizatıXülasə
Məqalədə kəskin bağırsaq keçməzliyi modeli fonunda qoyulmuş birincili bağırsaq anastomozlarında gedən regenerasiya proseslərinə insan plasentar hidrolizatının təsirinin eksperimentdə tədqiqi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə 60 dovşan üzərində 2 qrupda kontrol (n=20) və əsas (n=40) olmaqla tədqiqat aparılmışdır. Əsas qrup da özlüyündə 2 yarımqrupa bölünmüşdür. Heyvanlara stranqulyasion kəskin bağırsaq keçməzliyi modeli yaradılmış, qanqrenaya uğramış bağırsaq seqmenti bir sutkadan sonra relaparatomiya yolu ilə rezeksiya edilərək birincili yan-yana, birsıralı entero-enteroanastomoz qoyulmuşdur. Kontrol qrupda standart müalicələr aparıldığı halda, əsas qrupda standart müalicə ilə yanaşı, sutkada 1 dəfə 0,15 ml/kq (8,4 mq/kq) dozada insan plasentar hidrolizatı inyeksiya edilmişdir. I yarımqrupda preparat əzələ daxilinə, II yarımqrupda isə nazik bağırsaq müsariqəsi kökünə yerləşdirilmiş kateter vasitəsilə retroperitoneal yeridilmişdir. Əməliyyatdan 3, 5, 7 və 15 sutka sonra bağırsaq anastomozları morfoloji müayinə üçün götürülmüşdür. Məlum olmuşdur ki, kontrol qrupa nisbətən, əsas qrupun hər iki yarımqrupunda bağırsağın epitelial hüceyrələrinin mitoz indeksi, fibroblastik fəallıq, liflərin (kollagenin) de-nova formalaşması və mikrodamar sıxlığı qeyd olunan müddətlərdə orta hesabla 10-20% artmış olur ki, bu da anastomoz nahiyəsində regenerasiya proseslərinin daha intensiv olduğuna dəlalət edən morfoloji göstəricilərdir. Preparat nazik bağırsaq müsariqəsi kökünə yeridildikdə regenerator göstəricilər, əzələdaxili inyeksiyaya nisbətən daha yüksək olmuş və erkən təzahürü müəyyənləşdirilmişdir. Müəlliflərin fikrincə, bağırsaq anastomozu tutarsızlığı riski yüksək olan xəstələrə insan plasentar hidrolizatının tətbiqi məqsədəuyğundur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


