ALLERGİK RİNİTİN MÜALİCƏSİNDƏ ALLERGEN-İMMUNOTERAPİYANIN ROLU VƏ KLİNİK ƏHƏMİYYƏTİ
DOI
https://doi.org/10.34921/amj.2026.2.031Açar sözlər
allergik rinit, immunoloji tolerantlıq, allerqodiaqnostik müayinələr, allergen-immunoterapiyaXülasə
Məqalədə allergen-immunoterapiyanın (AİT) allergik rinitin müalicəsində effektivliyi və tətbiqedilmə qaydaları haqqında məlumat verilmişdir. İki il ərzində aparılmış klinik müşahidələrdə 4-18 və 18-40 yaş qruplarında olan pasiyentlərdə allergik rinitin təsdiqi üçün allerqodiaqnostik müayinələr aparılmışdır. Ümumilikdə 72 uşaq və 64 böyük yaşlı şəxs allergik rinit diaqnozu ilə müşahidə altında olmuşdur. Müayinələr nəticəsində müxtəlif inhalyasion allergenlərə qarşı sensibilizasiya müəyyən edilmişdir. Xəstələrin təxminən 50%- də yanaşı bronxial astma və bronxial hiperreaktivlik qeyd olunmuşdur. Allergik rinitlə yanaşı bronxial astma olan xəstələrdə farmakoloji müalicə ilə stabil vəziyyət əldə edilmədikdə, fərdiləşdirilmiş allergen- immunoterapiya (SCIT, SLIT) tətbiq edilmişdir. Müalicə fonunda klinik simptomların intensivliyi və tezliyi azalmış, respirator əlamətləri aradan qalxmışdır. Əldə olunan nəticələr allergen-immunoterapiyanın klinik effektivliyini və fərdiləşdirilmiş yanaşmanın vacibliyini təsdiqləyirDownloads
Download data is not yet available.
Endirin
Yayımlanıb
2026-07-26
Necə istinad edilir
Allahverdiyeva, L., İbrahimova, Ş.H., Ağayeva, A., & İbrahimova, G. (2026). ALLERGİK RİNİTİN MÜALİCƏSİNDƏ ALLERGEN-İMMUNOTERAPİYANIN ROLU VƏ KLİNİK ƏHƏMİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (2), 185–188. https://doi.org/10.34921/amj.2026.2.031
Nömrə
Bölmə
PRAKTİK HƏKİMƏ KÖMƏK
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


