EMOSİONAL STRESS VƏZİYYƏTLƏRİNDƏ BEYİN STRUKTURLARININ ELEKTRİK FƏALLIĞININ FORMALAŞMASINDA ADRENERGİK MEXANİZMLƏRİN ROLU
DOI
https://doi.org/10.34921/amj.2026.2.026Açar sözlər
kross-korrelyasiya, faza sürüşməsi, stress, beyin qabığı, hipotalamus, retikulyar formasiyaXülasə
Məqalədə eksperimental stress vəziyyətlərində, beyin qabığı və qabıqaltı strukturlar arasında funksional əlaqələri öyrənmək üçün həmin strukturlarda qeydə alınan elektroensefaloqram dalğalarının qarşılıqlı krosss-korrelyasya əlaqələrini, faza sürüşmələrini və bu proseslərdə adrenergik mexanizmlərin iştirakını araşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Beyin strukturlarında bioelektrik fəallığının zaman və məkan daxilində qarşılıqlı əlaqələri altı baş eksperimental dovşan üzərində, “NSNeurosoft” tipli elektroensefaloqraf vasitəsilə, kross-korrelyasiya analizi üsulu ilə öyrənilmişdir. Eksperimental stress modelini yaratmaq üçün arxa ətrafların elektrodermal qıcıqlandırılması üsulundan və bununla əlaqədar şərti işıq siqnallarından istifadə olunmuşdur. Stressin müxtəlif fazalarında monoaminergik sistemin rolunu göstərmək üçün venadaxili aminazin tətbiq edilmişdir. Nəticələr göstərmişdir ki, stressin müxtəlif fazaları beyin qabığı ilə qabıqaltı strukturlar arasında qarşılıqlı funksional əlaqələrin dəyişiklikləri ilə müşayiət edilir. Aminazinin təsiri ilə ilkin funksional əlaqələrin qismən bərpa olunması isə stressin formalaşmasında arxa hipotalamusun peysmeyker rolunun adrenergik mənşəli olmasını təsdiq edir.Downloads
Download data is not yet available.
Endirin
Yayımlanıb
2026-07-26
Necə istinad edilir
Cəfərova, A., & Əliyev, A. (2026). EMOSİONAL STRESS VƏZİYYƏTLƏRİNDƏ BEYİN STRUKTURLARININ ELEKTRİK FƏALLIĞININ FORMALAŞMASINDA ADRENERGİK MEXANİZMLƏRİN ROLU. Azərbaycan Tibb Jurnalı, (2), 157–160. https://doi.org/10.34921/amj.2026.2.026
Nömrə
Bölmə
EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


